Icma.az
close
up
RU
Nüvə kölgəsi: Trampın qlobal təhlükəsizlik oyununun nəticələri nələr olacaq?

Nüvə kölgəsi: Trampın qlobal təhlükəsizlik oyununun nəticələri nələr olacaq?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son illərdə qlobal geosiyasi mühitdə nüvə silahlarının roluna yenidən diqqət artır.

ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının dərhal bərpası barədə göstərişi milli müdafiə strategiyası baxımından deyil, həm də beynəlxalq təhlükəsizlik sistemi və strateji sabitlik üçün ciddi əhəmiyyət kəsb edir.

Bu addım həm ABŞ-nin Rusiya və Çinlə olan nüvə qüvvələri balansına birbaşa təsir göstərə, həm də qlobal silahlanma dinamikasını dəyişə bilər. Belə bir qərarın icrası, beynəlxalq ictimaiyyət üçün həm risk, həm də yeni çağırışlar doğura bilər - xüsusilə də artıq mövcud olan strateji sazişlər və nüvə silahlarının yayılmasının qarşısını alma mexanizmləri nəzərə alındıqda.

Bu baxımdan, ABŞ-nin nüvə sınaqlarını bərpa etməsi, "dünyanın aparıcı nüvə dövlətləri arasında yeni bir silahlanma yarışının başlanğıcı kimi qiymətləndirilə bilərmi?" sualını aktuallaşdırır və beynəlxalq təhlükəsizlik kontekstində ciddi diskussiyalara yol açır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, strateji potensial baxımından bu gün dünyada cəmi iki-üç ölkə bir-biri ilə real rəqabətdədir: 

"Bunlar ABŞ, Rusiya və Çindir. Digər dövlətlərin potensialı isə daha məhdud xarakter daşıyır. Əslində bu, yeni bir rəqabət deyil — onun kökləri Soyuq müharibə dövrünə gedib çıxır. Həmin vaxt da əsas güc mərkəzləri ABŞ və SSRİ idi. O zaman da nüvə silahlarının istehsalı, yerləşdirilməsi və azaldılması müxtəlif beynəlxalq razılaşmalarla tənzimlənirdi".

Tofiq Abbasov: Soyuq müharibə dövrünün əsas güc mərkəzləri ABŞ və SSRİ idi

Onun sözlərinə görə, gələn il ABŞ və Rusiya arasında bu istiqamətdə yeni sazişin imzalanması gözlənilir. Bununla da strateji silahlanma ilə bağlı müəyyən balansın qorunması məqsədi güdülür. Hazırda Rusiyaya yönələn təhdidlər Moskvanı öz strateji nüvə potensialını yenidən nəzərdən keçirməyə vadar edib. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, zərurət yaranarsa, taktiki nüvə başlıqlarından istifadə edə bilərlər:

"Bu fonda Trampın atdığı addımlar da müəyyən mənada cavab xarakteri daşıyır. İlk olaraq Rusiya bu istiqamətdə fəallaşdı. Avropanın aparıcı dövlətləri isə Moskvaya qarşı psixoloji təzyiq göstərərək onu təcrid etməyə çalışırlar. Ukraynaya hərbi kontingent göndərmək qərarı da bu siyasətin tərkib hissəsidir. ABŞ-nin imkanları məhduddur, lakin Tramp tələsmir və özünəməxsus, selektiv siyasət yürüdür: bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə strateji silahların istifadəsi ilə bağlı bəyanatlar verir. Bu addımların mahiyyəti çəkindirici xarakter daşıyır".

Sonda Tofiq Abbasov diqqəə çatdırıb ki, Moskva ilə Vaşinqton arasında münasibətlərdə ciddi gərginliyin yaranacağı ehtimalı azdır. Alyaskada keçirilən görüşdən sonra tərəflər arasında müəyyən razılaşmalar əldə olunub. Strateji məsələlər üzrə addımlarını qarşılıqlı şəkildə tənzimləməyə çalışırlar ki, risklər minimuma endirilsin:

"Bütün bu proseslər çəkindirici effektə malikdir və indiki ağır, məsuliyyətli geosiyasi şəraitdə riskə getmək yolverilməzdir. Əksinə, dialoqa üstünlük verilməli, tərəflər bir-birini dinləməyi bacarmalıdırlar. Çünki yalnız dialoq bu mürəkkəb vəziyyətdə xilasedici rol oynaya bilər".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri