Icma.az
close
up
RU
Nüvə müharibəsi təhlükəsi artır

Nüvə müharibəsi təhlükəsi artır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Soyuq müharibə”nin sonunda dünyanın aparıcı gücləri nüvə silahlarının azaldılmasının planeti daha təhlükəsiz edəcəyi ilə bağlı razılığa gəlsələr də, indi bu dövr başa çatıb.
Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Bildirilir ki, silahlara nəzarət müqavilələri əhəmiyyətini itrir, nüvə gücləri öz arsenallarını gücləndirir və bu silahların yayılma riski artır. Üstəlik, döyüş meydanında üstünlük əldə etmək üçün taktiki nüvə silahlarından istifadənin mümkünlüyü ilə bağlı müzakirələr qızışır.
Qeyd edilir ki, onilliklər ərzində silahlara nəzarət müqavilələri, texniki maneələr, qarşılıqlı təminatlı məhv prinsipi ən pis ssenariləri kənarda saxlasa da, qlobal nüvə silahı ehtiyatları 1980-ci illərin ortalarında pik həddinə çatıb və sonradan tədricən azalıb. ABŞ və Sovet İttifaqı 1991-ci ildə ilk Strateji Silahların Azaldılması Müqaviləsi (START) bağlasa da, hazırda Rusiya ilə ABŞ arasında mühüm razılaşmalar təhlükə altındadır. “Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi”nə xitam verilib və yerləşdirilən döyüş başlıqlarının sayını məhdudlaşdıran müqavilənin müddəti gələn ilin əvvəlində başa çatır.
Vaşinqton getdikcə yeni silahlanma yarışına gətirib çıxara biləcək Rusiya və Çinin artan təhlükələrinə qarşı çıxmaq üçün nüvə potensialını genişləndirmək zərurəti haqqında danışır. Çinin 2035-ci ilə qədər nüvə ehtiyatını üç dəfə artırmağı planlaşdırdığı təxmin olunur. Onun arsenalında artıq ABŞ ərazisinə çata bilən 600-ə yaxın qitələrarası raket var. Bununla belə, Pekin Rusiya və ABŞ-la nüvə qüvvələrinin məhdudlaşdırılması ilə bağlı danışıqlara dair təklifləri rədd edir.
ABŞ və Rusiya strateji ehtiyatlarını azaltsa da, taktiki nüvə silahları narahatlıq doğurur. Çünki onun aşağı gücü və qısa məsafəsi adi hərbi münaqişələrdə istifadə etməyə imkan verir. Moskva bu silahların Ukraynada istifadə oluna biləcəyinə dəfələrlə eyham vurub. Noyabr ayında Rusiya hətta doktrinasını yeniləyərək ondan istifadə üçün əsasları genişləndirib.
Onu da qeyd edək ki, 1970-ci il “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”ndə təsbit olunmuş nüvə silahlarının yayılmasının qarşısını almaq səyləri təzyiqə məruz qalmaqdadır. 191 ölkə tərəfindən imzalanmasına baxmayaraq, üç nüvə silahlı dövlət heç vaxt sazişə qoşulmayıb, Şimali Koreya isə 2003-cü ildə müqavilədən çıxıb. Eyni zamanda müqaviləni ratifikasiya edən İran nüvə silahı hazırlamağa yaxındır. Səudiyyə Ərəbistanı isə bəyan edir ki, İran bu sahədə uğur qazanacağı təqdirdə ondan nümunə götürəcək.

E. KAMAL

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Yanvar 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri