Nüvə müharibəsinin qarşısını aldım Tramp
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp dünyada nüvə müharibələrinin qarşısını aldığını iddia edib.
Axar.az xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.
Ağ Ev rəhbəri ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılması Müqaviləsinin uzadılmasına qarşı çıxaraq alternativ təklif edib.
"ABŞ dünyanın ən güclü ölkəsidir. Birinci prezidentlik müddətimdə yeni və bir çox modernləşdirilmiş nüvə silahları da daxil olmaqla, ordumuzu tamamilə yenidən qurdum", - deyə Amerika prezidenti bildirib.
Tramp əlavə edib ki, o, kosmik qüvvələri yaradıb və ABŞ ordusunu "dünyanın heç vaxt görmədiyi səviyyələrə" qədər gücləndirməyə davam edir.
“Hətta İkinci Dünya Müharibəsi zamanı dənizlərdə üzənlərdən 100 dəfə daha güclü olan döyüş gəmilərini – “Ayova”, “Missuri”, “Alabama” və digərlərini də əlavə edirik. Mən Pakistan və Hindistan, İran və İsrail, Rusiya və Ukrayna arasında nüvə müharibələri eskalasiyasını dayandırdım”, - deyə o, qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 06 Fevral 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















