Icma.az
close
up
RU
Nüvə silahı kimin əlində təhlükəlidir? ŞƏRH

Nüvə silahı kimin əlində təhlükəlidir? ŞƏRH

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Hazırda dünyanın diqqəti İsrail-İran müharibəsinə yönəlib. Xüsusilə İranın nüvə proqramı ilə bağlı iddialar bu ölkəyə qarşı diplomatik və hərbi təzyiqləri artırır.

Maraqlıdır ki, dünyada nüvə silahına malik rəsmi və qeyri-rəsmi dövlətlər olduğu halda, niyə məhz İran beynəlxalq narahatlıqların mərkəzindədir?

Politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, rəsmi olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya - nüvə silahına sahib ölkələrdir. Bundan əlavə, Hindistan, Pakistan və Şimali Koreya nüvə silahına malik ölkələr kimi tanınır. İsrail isə nüvə silahına sahib olduğunu nə təsdiqləyib, nə də təkzib edib, lakin beynəlxalq ekspertlər onun da nüvə silahına malik olduğunu bildirirlər.

Bu ölkələr arasında hansı nüvə güclərinin daha çox təhlükə yaratdığna gəlincə, müsahibimiz qeyd edib ki, bu, yalnız texniki potensiala deyil, həm də siyasi qərarların məsuliyyətinə bağlıdır. Onun sözlərinə görə, Şimali Koreya və qeyri-rəsmi nüvə gücü sayılan İsrail, regional təhlükə yaratmaq gücünə malikdir. Lakin ən böyük qlobal təhlükə böyük güclər arasında olan nüvə balansının pozulmasıdır.

ABŞ və Rusiya hələ də dünyanın ən geniş nüvə arsenalına sahibdir. Bu balans pozularsa, nəticələri çox ciddi ola bilər.

Z.Qarayeva belə bir mənzərədə niyə məhz İranın nüvə fəaliyyətinin bu qədər diqqət mərkəzində olmasına da aydınlıq gətirib. Həmsöhbətimiz deyib ki, əvvəla, İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə (NPT) qoşulub, yəni rəsmi olaraq nüvə silahı istehsal edə bilməz. Lakin Tehran uzun illərdir nüvə proqramının dinc məqsədli olduğunu bildirsə də, şəffaflıq məsələləri, uran zənginləşdirmə səviyyəsi və Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) tam çıxış verməməsi şübhələri artırır:

“İkincisi, İranın Yaxın Şərqdə apardığı geopolitik strategiya - xüsusilə İsrailə qarşı ritorikası və proksi güclərlə əməkdaşlığı - nüvə silahı ilə birləşəndə bu, yalnız regional deyil, qlobal risk kimi dəyərləndirilir”.

“Bəs digər nüvə güclərinə bu cür təzyiqlər niyə edilmir” saulına həmsöhbətimizin cavabı belə olub:

 - Çünki bu məsələ təkcə texniki deyil, həm də siyasi və strateji balans məsələsidir. ABŞ, Rusiya və Çin kimi ölkələr nüvə gücünü “deterrence” - yəni qarşı tərəfi çəkindirmək üçün istifadə edir. İran isə hələ bu balansın bir hissəsi deyil. Qərb dövlətləri düşünür ki, İranın nüvə silahına sahib olması, regionda silahlanma yarışını sürətləndirə bilər. Səudiyyə Ərəbistanı, Misir və ya Türkiyə kimi ölkələr də nüvə texnologiyasına yönələ bilər.

Züriyə Qarayeva: İranın nüvə gücünə çevrilməsi mövcud status-kvonu dəyişəcək

Politoloq onu da deyib ki, rəsmi məlumatlara görə, İran hələ nüvə bombası istehsal etməyib, lakin texniki baxımdan silah istehsalına çox yaxın olduğu ehtimal edilir. Ən böyük risk budur: Tehran ya bu silahı istehsal etməyə qərar verə bilər, ya da bu silaha yaxın statusundan siyasi təzyiq üçün istifadə edə bilər. Hər iki halda, regional və qlobal güc balansına təsir edəcək.

Z.Qarayeva sonda onu da vurğulayıb ki, İranın üzərinə düşülməsi həm siyasətdir, həm nüvə texnologiyasıdır:

“Amma əsas məsələ odur ki, İranın nüvə gücünə çevrilməsi mövcud status-kvonu dəyişəcək. Qərb bunu qəbul etmək istəmir. Bu səbəbdən də nüvə silahı istehsal etmiş digər ölkələrlə fərqli yanaşma sərgiləyir”.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri