Icma.az
close
up
RU
“Nüvədən əvvəlki” hücum: Rusiya apokalipsisə hazırlaşır

“Nüvədən əvvəlki” hücum: Rusiya apokalipsisə hazırlaşır

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın “Tomaqavk” qanadlı raketlərini Ukraynaya vermək niyyəti Rusiyada qorxuya səbəb olub. Putin bu raketlərin verilməsinin ABŞ-la münasibətlərdə problemlərə yol açacağını desə də, Ağ Evdə bu mesajın ciddiyə alınmadığı görünür, çünki Tramp qərarını “demək olar ki, verdiyini” bildirib. Sadəcə olaraq, o, əvvəlcə Ukraynanın bu raketlərin istifadəsi ilə bağlı niyyətini öyrənmək istədiyini açıqlayıb. Əsas diqqətçəkən məqam Rusiyada “Tomaqavk” raketlərinin Ukraynaya verilməsinə qarşı nüvə silahını işə salmaq haqda aparılan müzakirələrdir. Bəzi analitiklər hesab edir ki, Vaşinqtonda “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi qərarı artıq qəbul olunub və onların çatdırılması zaman məsələsidir.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, təqaüddə olan rusiyalı hərbi pilot, general-mayor Vladimir Popov də ABŞ-ın belə qərar verməsi ehtimalının yüksək olduğunu deyib.

Onun sözlərinə görə, “Tomaqavk” raketləri adi partlayıcılar və nüvə başlıqları ilə gəlir: “Bunlar dəniz raketləri hesab olunur, lakin qurudan da buraxılış qurğuları mövcuddur. Çox güman ki, raketlər Rumıniya və ya Polşada yerləşən anbarlardan Ukraynaya göndəriləcək. “Tomaqavk” raketləri üçün yerüstü buraxılış qurğuları da Ukraynanın qərbində yerləşdiriləcək. Yerüstü qurğulara xidməti də amerikalı zabitlər göstərə bilər. Onlar ilk iki-üç ay ərzində bələdçilik sisteminə, naviqasiyaya, buraxılışın hazırlığına, hədəflərin seçilməsinə xidmət göstərə biləcəklər. Ümumiyyətlə, bu raketi buraxmaq üçün amerikalılarda müasir elektron xəritələr olmalıdır”.

“Tomaqavk”ın olduqca bahalı silah olduğunu deyən Popov düşünmür ki, amerikalılar bundan istifadə edəcək.

“Mən gözləyirdim ki, Pentaqona Ukraynada “Tomaqavk” raket sistemlərinə xidmət göstərmək tapşırılıbsa, buna uzun müddət müqavimət göstərəcəklər. Çünki ABŞ ordusu belə bir addımın Rusiya ilə müharibənin başlanğıcı olacağını anlayır. Hərbçilər yaxşı anlayır ki, kim atəş açırsa, o da cavab verməlidir. Biz bu münaqişəni Ukrayna ilə deyil, ABŞ-la həll etməliyik. Belə olan halda Avropa/NATO ölkələri yeni müharibə üçün cəbhə xəttinə çevriləcək”, - o bildirib.

Rusiyada təklif edilir ki, “Tomaqavk” raketlərinin Kiyevə verilməsinə qarşı havada nüvə partlayışlarının törədilməsi addımı atıla, bununla real xəbərdarlıq edilə bilər. Popov bunun nəzəri baxımdan mümkün olduğunu vurğulayıb: “Nəzəri olaraq, Ukrayna üzərindəki atmosferdə bir neçə belə partlayış törətmək mümkündür. Amma biz başa düşməliyik ki, çox güclü elektron effekt olacaq və bu, Ukrayna qoşunlarına da təsir edəcək. Tutaq ki, 50 tonluq bir bomba partladılasa, həmin ərazidə bütün idarəetmə sistemləri bir neçə günlüyə sıradan çıxacaq. Stasionar telefonlar çətinliklə işləyəcək, internet mütləq pozulacaq. Hərbi infrastruktur az-çox müdafiəsi olunduğu üçün müəyyən qədər işləyə bilər, lakin Ukraynada və qonşu Avropa ölkələrində məişət texnikasının yarısı yanacaq, SMART evlərin pultları sıradan çıxacaq, qatar və təyyarələrin idarəetmə sistemləri ən azı üç gün işləməyəcək, transformator stansiyaları yanacaq. Bu, nüvə müharibəsinin xəbərçisidir. Buna görə hələ ki, bunu etmək məsləhətli deyil”.

Rusiyalı ekspert cavab olaraq, “Oreşnik” raketlərinin işə salınmasını, hətta birbaşa Kiyevin vurulmasını təklif edir.

“Eyni zamanda, kütləvi atəş zərbələri endirə və “Tomaqavk”ların heç nəyi dəyişməyəcəyini nümayiş etdirə bilərik. Tramp yenidən “Tomaqavk”lardan bəhs edərsə, arsenalımızda olan hər şeyi ortaya qoymalıyıq. Əks halda, sondur. Bu kimi qərarlar zarafat deyil. Qərb nəhayət başa düşməlidir ki, hər şey nüvə müharibəsinə doğru gedir, hamımız bıçağın ağzındayıq. Lakin ümid var ki, Pentaqon bununla razılaşmayacaq. Açığını deyim ki, ABŞ-da bu raketlər çox deyil. Hazırda yüzlərlə mütəxəssis modernizasiyadan keçir, digərləri saxlanma anbarlarında təmir işləri aparır, qalanları isə döyüş hazırlığındadır”, - o iddia edib.

“Tomaqavk”ların Ukraynaya hansı müddətə çatdırılması da dəqiq deyil. Popov hesab edir ki, əgər “Tomaqavk”lar verilərsə, çatdırılma iki-üç həftə çəkəcək.

“Lakin yerüstü qurğular və raketlər üçün infrastruktur hazırlanmalıdır: onlar hara yerləşdirilməli, sığınacaqlar qurulmalıdır, bunları sadəcə brezent altında saxlaya bilməzlər. Həmçinin, enerji təchizatı və kommunikasiyalar qurulmalıdır. Ukraynalılar buraxılış qurğularını qorumaq və idarəetmək üçün təlim keçməlidirlər. Döyüş başlıqlarının daşınması üçün “Galaxy” qitələrarası nəqliyyat təyyarələrindən istifadə etsələr də, buna vaxt lazımdır.

Axı işə salan qurğular və raketlər sökülərək daşınır, əks təqdirdə, döyüş başlıqları partlaya bilər. Təhlükəli yüklərin hava və dəniz yolu ilə daşınmasının qaydaları var: bir qutuda döyüş başlıqları, digərində mühərrik, üçüncüsündə idarəetmə sistemi saxlanılır. Onlar hətta müxtəlif təyyarələrdə daşına bilər. Bu, Böyük Britaniya və ya Norveçdəki bazalara 9-12 saatlıq uçuşdur, sonra isə Qərbi Avropaya nəql edilir. Düşünmürəm ki, oradan hava yolu ilə daşınacaq, güman ki, avtomobil və ya dəmir yolu ilə daşına bilər. Bu yüklər örtük altında daşınmalıdır. Çünki Rusiya artıq örtülü elementləri də izləyə bilir”, - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri