Icma.az
close
up
RU
Xameneyidən şok açıqlama: Nüvədən imtina, yoxsa blef?

Xameneyidən şok açıqlama: Nüvədən imtina, yoxsa blef?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi sürpriz bir açıqlama verib.

O, xalqa müraciəti zamanı ölkəsinin nüvə silahına ehtiyacı olmadığını söyləyib:

“Bu gün bizdə uranın zənginləşdirilməsi yüksək səviyyədədir. Təbii ki, nüvə silahı hazırlamaq istəyən ölkələr bunu 90 faizə çatdırır. Silahlara ehtiyacımız olmadığından və nüvə silahından imtina etmək qərarına gəldiyimizdən biz onu o qədər də artırmamışıq. Biz bunu 60 faizə çatdırmışıq. Bu, çox yüksək və yaxşı səviyyədir, ölkəmizin bəzi problemlərinin həlli üçün zəruridir”.

Qeyd edək ki, Xameneyinin bu açıqlaması birmənalı qarşılanmır. Bəzi ekspertlər İranın nüvə məsələsində geri addım atdığını, bəziləri isə bunun sadəcə Xameneyinin bir hiyləsi olduğunu deyirlər.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İran nüvə silahını əldə etmiş ola bilər:

“Bəlkə də Xameneyi növbəti dəfə dünya ictimaiyyətinin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür. Həmçinin, İranın nüvə silahını əldə etməyə çox yaxın olduğu üçün də belə addımın atılması mümkündür. Hesab edirəm ki, Əli Xameneyi belə açıqlamalarla iz azdırmağa və İsrailin yeni hücum planını dayandırmağa çalışır.

Burada diqqətçəkən məqam bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkianın açıqlaması idi. O, Natanzdan daha yaxşı nüvə kompleksi tikəcəklərini bildirdi. Yəni onun bu sözləri Xameneyinin fikirləri ilə tərs düşür. 

Xameneyinin sözləri ondan xəbər verir ki, deməli, əvvəl nüvə silahını əldə etməklə bağlı işlər aparıblar. Sadəcə olaraq son mərhələyə yaxınlaşdıqları üçün nüvə proqramını təhlükədən qorumaq məqsədilə belə bəyanatlar verilir”.

Ekspert düşünür ki, Xameneyinin əsas məqsədi zaman qazanmaqdır:

“İrana nüvə silahı əldə etmək üçün zaman qazanmaq lazımdır. Tehran hakimiyyəti başa düşür ki, nüvə silahı əldə etsələr, beynəlxalq təzyiq və yeni sanksiyalarla üzləşə bilərlər. Bunun isə onlara əlavə problemlər çıxarması mümkündür. Ona görə də həm yeni sanksiyalardan yayınmaq, həm də İsrail və ABŞ-nin növbəti hücumlarının qarşısını almaq üçün belə açıqlama verilir”.

Onun sözlərinə görə, İranın nüvə silahı əldə etmək potensialı var:

“Əgər uranı 60 faiz zənginləşdirməyi bacarıblarsa, daha 30 faiz də edə bilərlər. Xameneyinin çıxışından da aydın olur ki, İranın hədəfi nüvə silahı əldə etməkdir. Sadəcə olaraq uranın 90 faiz zənginləşdirilməsi üçün vaxt qazanmaq istəyirlər. Nəzərə almaq lazımdır ki, nüvə silahını əldə etmək üçün yalnız uranı zənginləşdirmək kifayət etmir. 

Ondan sonra nüvə silahının özünün hazırlanmasına ehtiyac var. Bunun üçün isə ən azından 2 il zaman lazımdır. İsraillə 12 günlük müharibədə İranın nüvə silahı hazırlayacaq infrastrukturunun böyük hissəsi sıradan çıxıb, indi onu bərpa etməyə çalışır. Xameneyi belə açıqlamalarla beynəlxalq ictimaiyyəti və İsraili çaşdırmağa cəhd edir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Xameneyi Samir Hümbətov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri