Nvidia çipləri əsasında süni intellekt serverləri bahalaşa bilər
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Nvidia"nın süni intellekt çipləri ilə təchiz olunan server sistemlərinin qiymətinin 15 faizdən çox artacağı gözlənilir.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "Microsoft", "Google" və "Oracle" kimi şirkətlər üçün server istehsal edən şirkətlər müştərilərinə qiymət artımı barədə xəbərdarlıq ediblər. Yeni qiymətlərin 2027-ci ilin əvvəlində tədarük ediləcək sistemlərə tətbiq olunacağı bildirilir.
Bahalaşmanın əsas səbəblərindən biri süni intellekt çiplərində istifadə olunan yaddaş mikrosxemlərinə tələbatın artmasıdır. "SK Hynix", "Samsung" və "Micron" kimi istehsalçılar istehsalı artırsa da, artan tələbatı tam qarşılaya bilmirlər.
Bu mövzuda digər xəbərlər:Nvidia süni intellekt çipləri hazırlayan şirkətlə müqavilə imzaladı...
26 Dekabr 2025 23:42
Nvidia nın ən qabaqcıl süni intellekt çipləri Çinə satılmayacaq
05 Noyabr 2025 09:23
Ticarət müharibəsində dönüş: Nvidia Çin bazarına süni intellekt çipləri ilə qayıdır
16 İyul 2025 06:48
Ən çox süni intellekt çipləri satan şirkətlər
05 İyun 2026 10:48
“Nvidia” Çin üçün daha ucuz qiymətə AI çipləri buraxacaq
26 May 2025 14:51
Baxış sayı:102
Bu xəbər 23 Avqust 2026 06:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















