Icma.az
close
up
RU
“Nvidia” şirkəti: İstənilən xoşagəlməz sürpriz qlobal fond bazarını iflasa uğrada bilər

“Nvidia” şirkəti: İstənilən xoşagəlməz sürpriz qlobal fond bazarını iflasa uğrada bilər

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 26 avqust, AZƏRTAC

“Nvidia” şirkəti çərşənbə günü növbəti maliyyə rübü haqqında hesabat verəcək, lakin bir çox fond bazarı iştirakçıları onu süni intellekt sistemləri üçün komponentlər bazarında əsas benefisiarlardan biri hesab edərək hesabatlarının təhlilinə daha geniş məna verirlər. Şirkət bildirir ki, istənilən xoşagəlməz sürpriz qlobal birjaların çökməsinə səbəb ola bilər.

AZƏRTAC “Financial Times”a istinadla xəbər verir ki, bu ilin əvvəlindən “Nvidia”nın səhmləri 30 faizdən çox bahalaşıb, şirkətin kapitallaşması isə 4 trilyon dolları ötüb. Əsasən bu emitentin yüksək xüsusi çəkisi sayəsində S&P 500 indeksi bu il 9% möhkəmlənib. “Nvidia” səhmlərinin dinamikası artıq yaxın illərdə süni intellekt sahəsinə investisiyanın perspektivlərini müəyyən edən bir növ fond bazarının göstəricisinə çevrilir.

“Financial Times” nəşrinin məlumatına görə, analitiklər orta hesabla “Nvidia”nın keçən rübdə 46 milyard dollar gəlir əldə edəcəyini gözləyirlər ki, bu da illik müqayisədə 53% artım deməkdir. Bununla belə, bu dinamika bəzilərini məyus edə bilər, çünki şirkətin gəliri əvvəlki rübdə 69%, 2024-cü ilin əvvəlində isə bu rəqəm 250%-dən çox artıb. “Morgan Stanley” mütəxəssisləri əmindirlər ki, bazar artıq “Nvidia”nın gəlir artım tempi ilə maraqlanmır - investorlar şirkətin digər bazar oyunçuları ilə müqayisədə daha yaxşı nəticələr göstərmək qabiliyyətini daha çox qiymətləndirəcəklər.

“Nvidia” şirkətinin Çinə H20 sürətləndiricisi tədarükləri ilə bağlı vəziyyət investorların əhvali-ruhiyyəsinə ziddiyyətli təsir göstərir. Bir tərəfdən şirkət ən yaxşı vaxtlarında belə Çindəki ümumi gəlirinin 15%-dən çoxunu ala bilməyib. Digər tərəfdən, mövzu o qədər siyasiləşib ki, şirkətin səhmlərinin qiymətinin dəyişməsi kifayət qədər əhəmiyyətli dərəcədə ondan asılıdır. “Nvidia rəhbərliyi” ABŞ tərəfindən aprel qadağasının iyul ayında qaldırılmasından sonra H20 sürətləndiricilərinin tədarükünün bərpası probleminin sürətli həllinə arxalanmayaraq, Çində gəlir gözləntilərini müvəqqəti olaraq ümumi proqnoza daxil etməmək qərarına gəlib.

Bununla belə, “Wedbush “analitikləri “Nvidia”nın süni intellekt seqmenti sayəsində gəlirlərini artırmağa davam etmək qabiliyyətinə yanaşmada çox optimistdirlər. Onların Asiya mənbələrindən əldə etdikləri məlumatlara görə, şirkətin sürətləndiricilərinə olan tələbat hazırda tədarükdən on dəfə çoxdur və belə şəraitdə onun tez bir müddətdə təmin olunmasından danışmaq mümkün deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri