Icma.az
close
up
RU
Türkiyədən SENSASİYA: Rusiya Ukraynanın bu ərazilərindən imtina etdi YENİ ŞƏRTLƏR KONKRET

Türkiyədən SENSASİYA: Rusiya Ukraynanın bu ərazilərindən imtina etdi YENİ ŞƏRTLƏR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya artıq Ukraynanın dörd bölgəsinə tam nəzarət etmək niyyətindən geri çəkilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “TGRT Haber”ə müsahibəsində bildirib.

“Əvvəllər ruslar həmin dörd bölgənin inzibati sərhədlərinin tam ələ keçirilməsini planlaşdırırdılar. İndi isə bu tələbdən imtina ediblər və yalnız bir bölgə istisna olmaqla, təmas xəttində mövqelərini qoruyurlar”, – Fidan deyib.

Nazir xatırladıb ki, Ukrayna ilə Rusiya arasında Türkiyədə keçirilən danışıqların üçüncü raundunda tərəflər ilk dəfə konkret mövqelərini ortaya qoyublar. Onun sözlərinə görə, həmin təkliflər sonradan ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə də müzakirə olunub.

Fidan qeyd edib ki, Moskva hazırda bütün Donetsk vilayətini nəzarətə götürməyə çalışır, Zaporojye istiqamətində isə təmas xəttində mövqelərini gücləndirmək niyyətindədir.

“Onların bu şərti irəli sürməsi və təhlükəsizlik mexanizmi ilə təmin ediləcəyi barədə razılığa gəlmələri əslində vacib bir dönüş yaradır. Bu, demək olar ki, dörd ildir davam edən müharibənin bitməsi üçün baza ola bilər. Amma bunun hər iki tərəf, xüsusilə də Ukrayna üçün çətin nəticələri var”, – Fidan vurğulayıb.

Diplomatın sözlərinə görə, Donetskin itirilməsi Ukraynanın qalan ərazilərinin müdafiəsini daha da çətinləşdirəcək. O həmçinin beynəlxalq təhlükəsizlik təminatlarının vəziyyəti sabitləşdirə biləcəyini və gələcək dialoqa zəmin yaradacağını deyib.

Xatırladaq ki, Moskvanın oxşar şərtləri əvvəllər də xarici mediada mənbələrə istinadən yayılsa da, Rusiya rəsmiləri bu məlumatları təsdiqləməyiblər.

Bundan əvvəl “Politico” yazıb ki, Qərb diplomatları və hərbi rəsmilər Ukrayna ilə Rusiya arasında 40 kilometrlik bufer zonasının yaradılması imkanını müzakirə edirlər. Həmin plana əsasən, atəşkəs rejiminə nəzarət üçün bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdən keçirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri