Nyu Yorka səfər edən iranlı diplomatların alış verişinə məhdudiyyətlər
Icma.az, 525.az portalına istinadən məlumat verir.
ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası üçün Nyu-Yorka səfər edən iranlı diplomatların topdansatış mağazalarında alış-veriş etmələri və dəbdəbəli mallar alması məhdudlaşdırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tommi Piqot deyib.
“İran rəsmiləri BMT Baş Assambleyasında öz rəsmi vəzifələrini yerinə yetirmək üçün BMT-nin mənzil-qərargahına gedib-gəlməli olduqları ərazilərlə məhdudlaşacaqlar", - deyə Piqot bildirib.
O, İranın Nyu-Yorkdakı nümayəndəliyinin əməkdaşlarından ABŞ-də hər hansı topdansatış mağazasını alış-veriş etmək və ya onlara üzv olmaq üçün əvvəlcədən icazə almalı olduğunu vurğulayıb.
Belə ki, Piqot İran xalqının ağır vəziyyətdə yaşadığı bir vaxtda diplomatların Nyu-Yorkda alış-veriş etməyə icazə verməyəcəyini söyləyib.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Sentyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















