Icma.az
close
up
RU
Nyu Yorkda Azərbaycan və BƏƏ arasında ailə və qadın məsələləri üzrə əməkdaşlıq müzakirə olunub

Nyu Yorkda Azərbaycan və BƏƏ arasında ailə və qadın məsələləri üzrə əməkdaşlıq müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nyu-York, 25 sentyabr, AZƏRTAC

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Birləşmiş Ərəb Əmirliklərinin ailə naziri Sana Suhaili arasında sentyabrın 24-də görüş keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Bahar Muradova Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dost ölkələrlə əlaqələrini möhkəmləndirdiyini və bu münasibətlərin gələcəkdə daha geniş əməkdaşlığa yol açdığını bildirib. O, həmçinin qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr gələcək əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Komitə sədri çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra Vaşinqtonda sülh sazişinin paraflandığını diqqətə çatdıraraq, bu hadisəni yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Sülhün əldə olunmasının ölkəmizin daha geniş miqyaslı hədəflərə doğru irəliləməsinə imkan yaradacağını qeyd edib.

Bahar Muradova Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də məlumat verib. O, qohum və erkən nikahlarla bağlı mənfi stereotiplərin aradan qaldırılması üçün hüquqi mexanizmlərin tətbiq edildiyini qeyd edib, valideyn-övlad münasibətlərinin gücləndirilməsi, uşaqların təşəbbüslərinə dəstək göstərilməsi, qızların təhsili və qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə danışıb. Həmçinin regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri haqqında məlumat verib. O qeyd edib ki, bu mərkəzlər icma əsaslı fəaliyyət göstərərək əhalinin bütün təbəqələrinə, xüsusilə də həssas qruplara - qadınlara və uşaqlara hüquqi maarifləndirmə xidməti göstərir, ailələrin sosial problemlərinin həllinə dəstək olur.

BƏƏ-nin ailə naziri Sana Suhail isə bildirib ki, hər iki dövlət ortaq dəyərlərə və mədəniyyətə malikdir. Biz Azərbaycanı təbii tərəfdaş ölkə olaraq görürük və təcrübəsini öyrənməkdə maraqlıyıq. Prioritetlərimiz arasında qadınların parlamentdə, sahibkarlıqda və təhsil sahəsində fəallığının artırılması, həmçinin ailə institutunda mövqeyinin gücləndirilməsi yer alır. Azərbaycanda bu sahədə həyata keçirilən qanunvericilik islahatları, xüsusilə də qohum nikahlarının qadağan edilməsi istiqamətində atılan addımlar diqqətimizi cəlb edir”, - deyə nazir bildirib.

Nazir, həmçinin Azərbaycanda Ailə və Uşaq Dəstək Mərkəzlərinin fəaliyyəti ilə maraqlandığını qeyd edib və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrlə davam edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri