Nyu Yorkda İran və Rusiya arasında görüş
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorkda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüş zamanı Hörmüz boğazındakı vəziyyətlə əlaqədar Omanla aparılan danışıqlar və ABŞ ilə mesaj mübadiləsi barədə məlumat verib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, nazir Əraqçı rusiyalı həmkarını Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə İran və Oman arasındakı razılaşmalar, danışıqların gedişatı, eləcə də ABŞ ilə diplomatik prosesə qayıtmaq üçün şərtlərin çatdırılması istiqamətində vasitəçilərin davam edən səyləri barədə məlumatlandırıb.
Xarici siyasət idarəsinin məlumatında bildirilir ki, İranın XİN rəhbəri, həmçinin Rusiyanın "ABŞ-nin hərbi xarakterli birtərəfli yanaşmasına və müstəqil dövlətlərə təzyiq göstərmək məqsədilə beynəlxalq təşkilatlardan sui-istifadə hallarına qarşı çıxış etməsi" mövqeyini yüksək qiymətləndirib.
Qeyd edək ki, sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Lavrov və Əraqçının görüşü baş tutub. Rusiya XİN-dən verilən məlumata görə, söhbət əsnasında tərəflər əsasən İsrail və ABŞ-nin hərəkətlərinin yaratdığı böhranın yalnız diplomatik yolla həllinin mümkünlüyünü müzakirə ediblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















