Icma.az
close
up
RU
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? “Dövlətin maliyyə imkanı yoxdur” KONKRET

NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? “Dövlətin maliyyə imkanı yoxdur” KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Bakının bir çox ərazinin “plana düşəcəyi” gözlənilir. Məsələn, Ağ Şəhərin əhatə dairəsi yaxın gələcəkdə daha da böyüyəcək. Köhnə yaşayış evrləri və obyektlər sökülərək müasir binalarla əvəzlənəcək.

Ağ Şəhərin yaxınlığında yerləşən və illərdir söküləcəyi deyilən Keşlə və NZS qəsəbələrinin aqibəti bir daha gündəmə gəlib.

Yeni söküntü arealı bu 2 qəsəbəni də əhatə edəcəkmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, paytaxtın Baş planında bu qəsəbələrin də sökülməsi nəzərdə tutulub:

“NZS və Keşlə qəsəbələrinin ərazisi vaxtilə sənaye zonası olub və həmin ərazidə olan evlərin təxminən 70-80 faizi qeyri-qanuni tikilib. Bakı şəhərinin Baş planı artıq təsdiq olunub və çox güman ki, bu ərazilər inkişaf planına salınıb.

Ağ Şəhərin sözügedən 2 qəsəbəni əhatə etməsi, bildiyim qədəri ilə, planda yoxdur. Digər tərəfdən, bu ərazidə olan evlərin amnistiya məsələsi də mövcuddur.

Hazırda ölkə ərazisində çıxarışı olmayan 700-800 min fərdi yaşayış evi var. Onlar üçün qanuni əsaslar hazırlanır. Daha sonra NZS və Keşlə, o cümlədən ölkədəki digər çıxarışsız evlər olan məhəllələrlə bağlı leqallaşma prosesi başlayacaq”.

Ekspert bildirib ki, ilkin söküntü predimeti köhnə binalar olacaq:

“Bu 2 qəsəbənin sökülməsi çox güman ki, tikinti şirkətlərinin ümidinə qalacaq. Amma MTK-lar həmin ərazilərə maraq göstərmir. Hazırda 11 min beşmərtəbli bina var və onlardan 1100-ə yaxını artıq “qəzalı” kimi qeydiyyata alınıb. Yəni başlıca söküntü prosesinə onlar daxil ediləcək.

Keşlə və NZS-in aqibəti ən az 15-20 il sonraya qalır. Hətta ölkədəki inşaat şirkətlərində elə bir potensial yoxdur ki, bu qədər köhnə binanı sökə bilsin. Cəmi 100-ə yaxın şirkət var, bu söküntü arealı üçün çox azdır. Heç dövlətin də bunun icrası üçün maliyyə imkanları yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri