Icma.az
close
up
RU
“O, 10 milyon manatın…” Pənah Hüseyndən KONKRET

“O, 10 milyon manatın…” Pənah Hüseyndən KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Nemət Pənahlının səsləndirdiyi iddialar tamamilə sifarişli bir böhtandır. O, 10 milyon manatın mənimsənilməsi ilə bağlı ittihamları özündən uzaqlaşdırmaq üçün mərhum prezident Əbülfəz Elçibəyə iftira atır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Meydan hərəkatının fəal iştirakçısı, Azərbaycanın sabiq baş naziri, Əbülfəz Elçibəyin silahdaşlarından olan Pənah Hüseyn deyib. O bildirib ki, Nemət Pənahlının iddiaları birmənalı olaraq əssasızdır:

“Əslində Nemət Pənahlı bu hərəkəti ilə sözügedən məsələdə günahkar olduğunu bir növ etiraf etmiş olur. Şəxsən mən, onun son açıqlamalarına qədər, Nemət Pənahlı ilə bağlı ittihamları ciddiyə almırdım. Amma bu məsələni artıq öz üzərindən atmağa başlamasından və yalan əsaslar gətirməsindən sonra, özünü ifşa etdi. Elçibəylə bağlı iddialarında adlarını çəkdiyi şəxslərin hamısı bunu inkar etdi. Onlar Nemət Pənahlının yalan danışdığını bildirdilər. Bu onu göstərir ki, pulun mənimsənilməsi məsələsində Nemət Pənahlının özünün qaranlıq əməlləri ola bilər. Bütün bunlar əhəmiyyətsiz və mənasızdır”.

P.Hüseyn vurğulayıb ki, mərhum prezident Əbülfəz Elçibəy maddi nemətlərə heç vaxt meyil etməyib:

“İctimaiyyətdə Elçibəyə rəğbəti olan yaxud olmayan demək olar ki, hamı Nemət Pənahlının bu hərəkətini pislədi. Elçibəyə böhtan atanlar çox olub. Onların başında gedənlərdən biri də həmişə Nemət Pənahlıdır. Amma Əbülfəz bəy böyüyə-böyüyə gedib. Nə qədər Azərbaycan xalqı, dövləti var, Elçibəy öz möhtəşəmliyini qoruyub-saxlayacaq. Əbülfəz Elçibəy heç vaxt maddi nemətlərə tamah edən şəxs olmayıb. O, sadəcə Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət edib”.

Qeyd edək ki, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, Meydan hərəkatı dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, 10 milyon vəsait AXC lideri və mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri