Icma.az
close
up
RU
“Azərbaycan dövlətinin İrana silahlı qüvvələr yeritməklə müdaxilə etmək hüququ var” Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ

“Azərbaycan dövlətinin İrana silahlı qüvvələr yeritməklə müdaxilə etmək hüququ var” Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Xalq Partiyasının qurucusu, sabiq baş nazir Pənah Hüseyn İrandakı proseslər barədə Musavat.com-un suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Pənah bəy, İranda 15 gündən artıqdır davam edən etirazların, prosesin adı inqilabdır, yoxsa sadəcə sosial etirazlar?

- Dünyada, regionda geopolitik zəlzələ gedir. Onu geopolitik inqilablar da adlandırmaq olar. Bu zəlzələnin ən ciddi ocaqlarından biri İran İslam Respublikasında və onun ətrafında baş verən hadisələrdir. Burada həm qlobal, həm də regional qüvvələrin də cəlb olunması ilə proses baş verir. O baxımdan bunu hansısa bir ölkənin daxili siyasi məsələləri ilə məhdudlaşdırmaq doğru olmaz.

Faktiki olaraq İran rejimi öz sərhədlərini aşan dini şiə xilafəti iddiasındadır ki, bu da bir sıra ölkələrin və xalqların həm dövlət maraqlarına, həm də başqa maraqlarına toxunur. O baxımdan məsələ daha da kəskinləşir. Açığı, proses bir tərəfdən İranın daxili işidir, bir tərəfdən də daxili işi deyil. Məsələn, Azərbaycan dövlətinin təhlükəsizliyi baxımından çox həyati əhəmiyyət kəsb edən proseslərdir. İranda 40 milyona yaxın soydaşımız üçün soyqırımı təhlükəsi meydana gələ bilər, Azərbaycan dövləti və cəmiyyəti isə buna laqeyd qala bilməz. Bu, eləcə də Türkiyəyə, Türk Dövlətləri Təşkilatına aiddir. Digər tərəfdən, İranda xaosun yaranması bizim təhlükəsizliyimizi beynəlxalq münasibətlər baxımından təhdid edən situasiya yaradır. Regionda çox ciddi böhranlı vəziyyətə gətirib çıxara bilər. Ona görə də Azərbaycan Respublikası seyrçi mövqe tutmamalıdır.

 

- Azərbaycan nə etməlidir və nə edə bilər dediyiniz vəziyyətdə?

- Əgər İranda cərəyan edən hadisələr bizim təhlükəsizliyimizə təhlükə yaradarsa, İran soydaşlarımızın soyqırımı edilməsi təhlükəsinin öhdəsindən gələ bilməzsə, Azərbaycan dövlətinin ora silahlı qüvvələr yeritməklə müdaxilə etmək hüququ var.

- Bu hüququ Azərbaycan Respublikasına hansısa müqavilə və ya başqa hansısa sənəd verir?

- 1921-ci il SSRİ-İran müqaviləsi və 1940-cı il SSRİ-İran müqaviləsi bu gün Azərbaycana dediyim hüququ verir. Çünki həmin dövrdə Azərbaycan Respublikası da sovet ittifaqının tərkibində idi və bu müqavilə bizi də əhatə edirdi. Şübhəsiz ki, biz İranda yaranmış vəziyyətin dinc yolla həll olunmasını istəyirik. Lakin bütün situasiyalara da hazır olmaq lazımdır. Hər an vəziyyət dəyişə və təcili qərarlar verilməsi lazım gələ bilər. Prosesin xarakteri dəyişə bilər.

- Belə fikirlər də var ki, İranın parçalanmasını və yerində yeni müstəqil respublikaların qurulmasını dünya gücləri istəmir...

- Bu, İran üzrə mütəxəssislərin, politoloqların dəyərləndirməsidir. Mən bu cür suallara cavab verməyi özüm üçün doğru saymıram. Onu deyə bilərəm ki, bütün situasiyalara uyğun mövqeyə hazır olmaq lazımdır. Şəxsi fikrim ondan ibarətdir ki, bu məsələnin ən yaxşı həlli yolu geopolitik baxımdan İranın Azərbaycanlaşmasıdır. Türklərin maraq və mənafeyini görməzdən gələn hər hansı proses həyata keçirilə bilməz.

- Deputat Fazil Mustafa məqaləsində bildirib ki, İrandakı prosesi Stalinin bizə sırıdığı Güney Azərbaycan mifologiyasından aralanıb təhlil etməsək, oradakı soydaşlarımızı bir daha mənasız hədəflərə yönəldə bilərik. Güney Azərbaycan ideologiyası mifologiyadır? Özü də Stalinin bizə sırıdığı mifologiyadır?

- Sabah TV Müsavatda bu məsələ ətrafında Fazil Mustafanın özü ilə diskussiyam nəzərdə tutulub. Ona görə də fikrimi öncədən bildirməyi yanlış hesab edirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri