Icma.az
close
up
RU
O, 101 ildir niyə basdırılmır?

O, 101 ildir niyə basdırılmır?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1917-ci ildə hakimiyyəti ələ keçirən və amansız Vətəndaş müharibəsi illərində onu əlində saxlayan bolşeviklər partiyasının lideri Vladimir İliç Lenin 1924-cü ilin 21 yanvarında vəfat edib. O, basdırılmayıb. Ölümündən sonra onun cəsədi balzamlaşdırılaraq Moskvanın Qızıl Meydanındakı Lenin Mavzoleyinə yerləşdirilib.

Bəs, 101 ildir ölən Lenin niyə basdırılmır?

News24.az bu barədə məlumatı təqdim edir:

Artıq 101 ildir ki, Lenin Moskvanın baş meydanındakı Mavzoleyə şəriksiz sahiblik edir. 1953-cü ildən İosif Stalin Mavzoleyi Leninlə bölüşsə də, Nikita Xruşovun təkidi ilə 1961-ci ildə Stalin mavzoleydən çıxarılaraq yenidən mütləq sahibinin ixtiyarına verilib. Vladimir Leninin cənazəsinin saxlanılmasını təmin etmək üçün aparılacaq işlər 13 milyon rubl (197 min dollar) həcmində vəsait tələb edir. Məlumata əsasən, işlərin sifarişçisi Federal Mühafizə Xidmətidir. Bildirilir ki, xidmət yeganə təchizatçı tərəfindən yerinə yetiriləcək.

Leninin cəsədi hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və o məhlulların içində saxlanılır. SSRİ-nin qurucusunun hamam günü 2 ay sürür. Vladimir İliç Leninin mumiyalanmış nəşi üzərində Ümumrusiya Dərman və Aromatik Bitkilər İnsititutu mütəxəssilərindən ibarət qrup işləyir.

Leninin nəşi yuyulanda Mavzoleyin qapıları ziyarətçilərin üzünə bağlı olur.

Tarixçi Luis Fişerin yazdığına görə, 30-cu illərdə Qərb qəzetləri mavzoleydə Leninin balzamlaşdırılmış cəsədinin deyil, mum fiqurun olduğunu deyirmişlər. Sovet hakimiyyəti bir qrup Qərb jurnalistinə icazə verir ki, cəsədə baxsınlar. Fişer də onların arasında olur. 

Bioximik Zbarski jurnalistlərin önündə şüşəni qaldıraraq Leninin burnundan tutub sağa sola çevirir və bununla da hamı görür ki, mavzoleydəki mum fiqur deyil, Leninin özüdür. 

Rus tarixçiləri bildirir ki, Stalinin fikrincə, proletariatın rəhbərini şüşə tabuta qoymaqla Lenin xalqın sitayiş etməli olduğu Allaha çevrilib. Bu isə Stalinə sərf edirdi. Leninin mavzoleydə uyuması Stalinə özünü yeni canlı Allaha çevirməyə və Kremldə öz şəxsi diktaturasını qurmağa tam şərait yaradırdı.

Rus tədqiqatçıları bildirir ki, bu ənənə yenə də davam etdirilir. Rusiyalı hökumət rəsmiləri düşünür ki, Lenin bu yolla daim yaşayacaq. Onun dəfn olunması Leninin prinsiplərinin də məhv olması deməkdir.

Qeyd edək ki, Sovet rejimi zamanı ölən bir çox partiya və dövlət xadimləri dini qaydalara uyğun dəfn edilməyib, hətta bir çoxunun nəşi yandırılıb, Kreml divarlarında külü saxlanılır.  /tns.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Mart 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see639

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see560

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see326

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see280

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see247

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see228

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see224

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see220

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see216

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see203

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see189

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see182

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see179

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see177

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see176

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see171

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see167

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see166

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see162

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri