Icma.az
close
up
RU
ŞƏRQİN QAPISI NAXÇIVAN 101!

ŞƏRQİN QAPISI NAXÇIVAN 101!

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


101 il öncə rəsmi şəhər statusu qazanan Naxçıvan, minilliklərin beşiyi, Azərbaycan tarixinin, mədəniyyətinin və dövlətçiliyinin ayrılmaz parçasıdır. Naxçıvan təkcə Azərbaycanın deyil, bütövlükdə dünya sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələrə görə, bu torpaq minilliklər boyu müxtəlif dövlətlərin tərkibində olmuş, lakin həmişə öz etnik-mədəni kimliyini qoruyub saxlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Naxçıvanın müdafiəsi və ərazi bütövlüyünün qorunması mühüm məsələlərdən biri idi. Cümhuriyyət süqut etdikdən sonra Naxçıvan müxtəlif təzyiqlərlə üzləşsə də, 1921-ci il Moskva və Qars müqavilələri nəticəsində Azərbaycanın ayrılmaz hissəsi kimi tanındı və 1924-cü ilin 9 fevralında muxtariyyət statusu aldı. Naxçıvana muxtariyyət statusunun verilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyırdı.
Bu qərar, bölgənin Azərbaycanın nəzarətində qalmasını təmin etməklə yanaşı, onun iqtisadi, mədəni və siyasi inkişafına şərait yaratdı. 101 il ərzində Naxçıvan təkcə muxtariyyət statusunu qorumaqla kifayətlənməyib, həm də özünü Azərbaycanın ən sürətlə inkişaf edən bölgələrindən biri kimi təsdiqləyib. Naxçıvan təkcə Azərbaycanın deyil, bütövlükdə türk və İslam dünyasının mühüm elmi, mədəni və siyasi mərkəzlərindən biri olub. Tarix boyu bu qədim torpaq elm, incəsənət, ədəbiyyat və dövlətçilik sahəsində parlaq şəxsiyyətlər yetişdirib. Məhz belə şəxsiyyətlərdən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın çətin illərində onun muxtariyyətini qoruyan və inkişafına töhfə verən böyük siyasi xadimlərdən biri kimi, tarixin yaddaşına qızıl hərflərlə həkk olunub.
Naxçıvan həmçinin elm və mədəniyyətin müxtəlif sahələrində dünya səviyyəli alim və sənət adamları yetişdirmişdir ki, məhz bu alimlər sayəsində Azərbaycan elminin və mədəniyyətinin inkişafına böyük töhfələr vermişdirlər:
Yusif Məmmədəliyev (1905-1961) – Akademik, Azərbaycanın neft-kimya sahəsində dünya miqyaslı kəşflərə imza atan görkəmli alimlərindən biri olmuşdur.
Hüseyn Cavid (1882-1941) – Romantik ədəbiyyatın banilərindən biri olan Cavid, “İblis”, “Şeyx Sənan” və digər əsərləri ilə Azərbaycan ədəbiyyatına əbədi iz qoyub.
Cəlil Məmmədquluzadə (1869-1932) – Realist yazıçı, "Molla Nəsrəddin" jurnalının qurucusu, satira janrının ən güclü nümayəndəsi.
Məmməd Araz (1933-2004) – Azərbaycan poeziyasının nəhənglərindən biri, onun şeirləri milli ruhu və vətən sevgisini tərənnüm edir.
Xəlil Rza Ulutürk (1932-1994) – Müstəqillik uğrunda mübarizə aparmış şair və ictimai xadim.
Mədəniyyət və incəsənət sahəsində: Nəriman Məmmədov, Qacar Xurşid, Məmməd Nəsirbəyov, Məmməd Ələkbərov, Ramiz Mirişli, Elbrus Mehdiyev, Yaşar Səfərov, Rəşid Məmmədov, Məmməd Məmmədov, Məmməd Cavadov, Əkrəm Məmmədli, Nazim Kazımov, Nazim Paşa Quliyev, Səidə Məmmədova, Kamal Əhmədov, Sofya Hüseynova, Zəroş Həmzəyeva və onlarla belə mədəniyyət fədailərini böyük fəxarət hissi ilə nümunə göstərmək olar.
Naxçıvan təkcə məşhur şəxsiyyətləri ilə deyil, həm də tarixi abidələri və mədəni irsi ilə diqqət çəkir. Burada yerləşən tarixi abidələr təkcə Azərbaycan deyil, ümumilikdə Şərq memarlığının şah əsərləri sayılır. Bu abidələr Naxçıvanın minilliklər boyu müxtəlif sivilizasiyaların, dövlətlərin və mədəniyyətlərin beşiyi olduğunu sübut edir. Aşağıda Naxçıvanın ən mühüm tarixi abidələrindən bəzilərini sizə təqdim edirik:
Mömünə Xatun Türbəsi -1186.

Məşhur memar Əcəmi Naxçıvani tərəfindən 12-ci əsrdə inşa edilən bu türbə Azərbaycan memarlığının ən gözəl nümunələrindən biridir. Atabəylər dövrünün şah əsəri sayılan bu türbə Atabəy Eldənizin həyat yoldaşı Möminə Xatının şərəfinə tikilmişdir. Hündürlüyü 25 metr olan türbə öz qırmızı kərpic memarlığı və üzərindəki həndəsi ornamentlərlə seçilir.
Gülüstan türbəsi ( Xll əsr)
Culfa rayonunda yerləşən Gülüstan türbəsi Naxçıvanın ən gözəl memarlıq abidələrindən biridir. Çay daşlarından inşa edilən bu türbə Atabəylər dövrünün yadigarlarından olub, Şərq memarlığında xüsusi yer tutur.
Əlincə qalası.

Əlincə qalası Naxçıvanın ən qədim və əfsanəvi abidələrindən biridir. Tarixi mənbələrdə bu qalanın IX əsrdən etibarən Azərbaycan hökmdarlarının əsas müdafiə məntəqələrindən biri olduğu qeyd edilir. Qala xüsusilə XIV əsrdə, Əmir Teymurun Azərbaycana yürüşləri zamanı müqavimət qalası kimi şöhrət qazanıb. Hazırda bərpa olunan qala turistlər və tarixsevərlər üçün açıqdır.
Nuh Peyğəmbər türbəsi.
Naxçıvan şəhərində yerləşən bu türbə Nuh peyğəmbərin məzarının burada olması ehtimalına əsaslanır. Türbə qədim mənbələrdə Naxçıvanın adının "Nuhçuvan" (yəni "Nuhun diyarı") olması ilə bağlıdır. Qədim inanclara görə, Nuhun tufanından sonra məhz Naxçıvan onun və nəsillərinin ilk məskəni olub.
Qarabağlar türbə kompleksi-

Qarabağlar kəndində yerləşən bu abidə Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biridir. XIII-XIV əsrlərə aid olan kompleks, Şirvan-Abşeron və Naxçıvan memarlıq məktəblərinin elementlərini özündə birləşdirir. Türbənin üzərindəki yazılara əsasən, onun Elxanilər dövründə inşa edildiyi güman edilir.
Yusif ibn Küseyir türbəsi (1162).

Möminə Xatın türbəsinə bənzər üslubda tikilmiş bu abidə də Əcəmi Naxçıvaninin şah əsərlərindən biridir. 12-ci əsrə aid olan türbə, Azərbaycanın türbə memarlığının inkişafında mühüm yer tutur.
İmamzadə kompleksi. Bu kompleks Ordubad rayonunda yerləşir və orta əsrlər İslam memarlığının möhtəşəm nümunələrindən sayılır. Burada yerləşən türbələrin və məscidlərin bir çoxu Səfəvilər dövründə inşa edilib.
Duzdağ mağarası və duz mədənləri. Naxçıvanda yerləşən Duzdağ mağarası dünyanın ən qədim duz mədənlərindən biridir. Tədqiqatçılar burada neolit dövrünə (təxminən 5 min il öncə) aid duz hasilatına dair izlər aşkar ediblər. Bu gün Duzdağ təkcə tarixi abidə deyil, həm də müalicəvi məqsədlərlə istifadə olunan unikal bir məkandır.
Xan sarayı XVlll əsr.
Naxçıvan şəhərində yerləşən Xan Sarayı, 18-ci əsrin sonlarına aid tarixi tikilidir. Naxçıvan xanlarının iqamətgahı olmuş bu saray, dövrünün ən gözəl memarlıq nümunələrindən biri sayılır.
Ordubad şəhəri orta əsrlərdən etibarən ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi tanınmış, özünəməxsus memarlıq abidələri və qədim yaşayış məskənləri ilə seçilmişdir. Ordubadın memarlığı Azərbaycan-İran və Şərq memarlıq üslublarının sintezini əks etdirir. Buradakı tikililər əsasən daş, bişmiş kərpic və ağac elementlərindən istifadə edilərək inşa olunub. Aşağıda Ordubadda qorunub saxlanmış əsas tarixi memarlıq abidələrini diqqətinizə çatdırırıq:
Ordubad Cümə məscidi (XVII əsr)
Ordubadın ən mühüm dini memarlıq abidələrindən biri Cümə məscididir. XVII əsrdə inşa edilmiş bu məscid klassik Azərbaycan məscid memarlığına uyğun tikilib. Məscidin böyük namaz zalı, gözəl tağları və orijinal minarəsi vardır. Onun divarlarında və interyerində Şərq üslubuna xas zərif ornamentlər işlənmişdir.
Gəmigaya petroqlifləri (qədim daş dövrü- eramızdan əvvəl 3-2 minilliklər).
Ordubad rayonunun yaxınlığında yerləşən Gəmigaya ərazisində qədim qayaüstü rəsmlər – petroqliflər mövcuddur. Buradakı rəsmlər eramızdan əvvəl III–II minilliklərə aiddir. Daşların üzərində insan, heyvan və astronomik simvollar təsvir olunmuşdur ki, bu da qədim insan məskənlərinin burada olduğunu sübut edir.
Geysəriyyə. Ordubadın tarixi bazar kompleksi olan Geysəriyyə XVII əsrdə inşa edilmişdir. O dövrdə bu kompleks şəhərin ticarət mərkəzi olub. Burada müxtəlif sənətkarlar və tacirlər öz məhsullarını satırdılar. Geysəriyyə binası öz tağları, bişmiş kərpiclə işlənmiş günbəzləri və Şərq memarlığının incəliklərini özündə birləşdirən fasadı ilə diqqət çəkir.
Ordubad Xanəgahı. Ordubadda yerləşən xanəgahlar (sufi təriqətlərinin məskəni) İslam memarlığının mühüm nümunələridir. Bu xanəgahlar əsasən daş və bişmiş kərpicdən inşa olunub, üzərləri isə Quran ayələri və naxışlarla bəzədilib.
Əmir Teymur körpüsü. Ordubad yaxınlığında yerləşən bu körpü XIV əsrdə inşa olunub və dövrünün mühəndislik sənətinin incilərindən biridir. Əmir Teymurun yürüşlərindən sonra bərpa olunan bu körpü ticarət yollarını birləşdirən əsas keçid nöqtələrindən biri olub.
Əlincəçay və Gilənçay su dəhlizləri. Ordubadın qədim su təchizatı sistemi olan bu su dəhlizləri orta əsrlərdə tikilmişdir. Onlar əkinçilik və məişət məqsədləri üçün istifadə olunub. Qədim dövrlərdən bəri bölgənin su təminatında böyük rol oynayan bu sistemlər müasir dövrə qədər bəzi yerlərdə funksionallığını saxlayır.
Buzxana. Ordubadın qədim memarlıq nümunələrindən biri də Buzxanadır. Bu yeraltı soyuducu anbarlar yay aylarında ərzaqları qorumaq üçün istifadə olunub. Qışda buraya qar və buz yığılıb, isti aylarda isə yerli əhali buradan istifadə edib.
Əshabi-Kəhf ziyarətgahı. Dağlıq ərazidə yerləşən Əshabi-Kəhf ziyarətgahı İslam mifologiyasına əsasən müqəddəs hesab edilir. Burada insanların ibadət etdiyi mağaralar və qədim izlər mövcuddur.
Əsrlərdir ki, yerli əhali və uzaq bölgələrdən gələn insanlar buraya ibadət və dua etməyə gəlirlər. Əshabi-Kəhf haqqında ən geniş məlumat Qurani-Kərimin "Kəhf" surəsində verilir. Burada Allah yolunda zülmdən qaçan bir qrup gəncin (Əshabi-Kəhf yəni "Mağara Əhli") bir mağarada uzun illər yuxuya getməsi və illər sonra oyandıqlarında dünyanın dəyişdiyini görmələri barədə danışılır. Bu əfsanə xristianlıqda və İslamda geniş yayılmışdır və fərqli mənbələrdə müxtəlif versiyaları mövcuddur.
İslam inanclarına görə, bu hadisə dünyanın bir neçə yerində baş vermiş ola bilər. Lakin Naxçıvandakı Əshabi-Kəhf mağarası qədim dövrlərdən bəri bu hadisə ilə əlaqələndirilir və müqəddəs bir məkan hesab edilir. Bu müqəddəs yer həm yerli, həm də xarici turistlər üçün böyük maraq doğurur.
Son illərdə Naxçıvan iqtisadi, sosial və mədəni sahələrdə böyük inkişaf yolu keçib. Yeni yollar, müasir binalar, sənaye müəssisələri tikilib, enerji sahəsində böyük uğurlar əldə olunub. Ən əsası isə, Naxçıvan blokada şəraitində olsa da, özünü tamamilə təmin edən, dayanıqlı bir iqtisadi model qurmağı bacarıb. 101 il ərzində bu diyar öz muxtariyyətini, milli-mədəni irsini və dövlətçiliyini qoruyub saxlayıb. Bu gün Naxçıvan müasir şəhər kimi inkişaf edir, öz tarixi irsini qoruyub saxlayaraq gələcəyə doğru inamla addımlayır. Bu tarixi gün münasibətilə hər bir naxçıvanlını və bütün Azərbaycan xalqını təbrik edir, Naxçıvana daha böyük uğurlar arzulayırıq!
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva.
Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see340

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see310

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see280

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see217

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see210

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see200

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see196

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see187

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see179

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see173

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see171

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see162

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see157

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see155

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see154

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see151

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see141

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri