O 4 azarkeşə minnətdarlıq duyğusu…
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünən Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verildi. Açılış matçında Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yerli “Sumqayıt”la “Zirə” üz-üzə gəldi.
QOL.az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan görüşdə bir məqam da xüsusi diqqət çəkdi: boş tribunalar. Düzdür, təəssüf ki, bu, futbolumuzda görməyə adət etdiyimiz bir durumdur. Bir tərəfdən də dünən ölkə ərazisində havanın soyuması da azarkeş amilinə mənfi təsirini göstərmişdi. Rəsmi protokolda matça 400 tamaşaçının baxdığı qeyd olunur.
Həmin 400 nəfər arasında isə 4 nəfər ayrıca diqqət çəkdi. Onlar qonaq komanda “Zirə”nin azarkeşləri idilər. Havanın kəskin dəyişməsi və saylarının az olması bu azarkeşlərə səfər matçında sonadək komandalarının yanında olmasına mane olmadı. Onlar 90 dəqiqə “Zirə”yə dəstək verdilər.
Afərin!
Yeri gəlmişkən, “Zirə” klubu sosial şəbəkə hesablarında həmin azarkeşlərin şəklini paylaşaraq onlara dəstəkləri üçün təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 05 Fevral 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















