O da CHP dən istefa verdi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara üzrə millət vəkili Adnan Beker partiyadan istefa verdiyini açıqlayıb.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında yazıb.
“CHP-də şəxsi maraqların və qanunsuzluqların hökm sürdüyünü müşahidə etmək məni kədərləndirir. Partiya idarəçiliyi və fəaliyyəti altında davam etdirilən siyasi mövqe heç bir nəticə verməyəcək. Mən CHP-dəki üzvlüyümdən istefa verirəm, çünki mövcud struktur daxilində siyasi mübarizənin ölkəmizə və millətimizə fayda verməyəcəyinə inanıram”, - A.Beker əlvə edib.
O sonda qeyd edib ki, müstəqil Ankara millət vəkili kimi Türkiyənin birliyi, həmrəyliyi və hüzuru uğrunda mübarizəsini davam etdirəcək.
Qeyd edək ki, məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb. Daha sonra partiya rəhbərliyinə Kamal Kılıçdaroğlu gətirilib. Partiya daxilində yaranmış böhran səbəbi ilə bir neçə vacib isim istefa verdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















