O da Maskı tərk etdi
Icma.az, Olke.az saytına istinadən bildirir.
Amerikalı sahibkar İlon Maskın yaratdığı "xAI" startapını sonuncu həmtəsisçi də tərk edib.
"Ölkə.az" xəbər verir ki, şirkətdə prioritetlərin koordinasiyasına və ümumi fəaliyyətə nəzarət edən Ross Nordin vəzifəsindən ayrılıb.
Məlumata görə, Nordin 2023-cü ildə "xAI"nin yaradılmasında iştirak edib və bundan əvvəl "Tesla"da avtopilot sistemi və "Full Self-Driving" üçün təlim infrastrukturu üzərində çalışıb.
Onun gedişi "xAI"də aparılan yenidənqurma və kadr ixtisarları fonunda baş verib. Bu ilin əvvəlindən startapı bir sıra əsas mütəxəssislər tərk edib və nəticədə ilkin komanda demək olar ki, tam yenilənib.
Məlumata əsasən, şirkətdə daha geniş restrukturizasiya prosesi davam edir. Bu il ərzində onlarla əməkdaş ixtisar olunub, bəzi layihələr isə yenidən qurulub.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 Mart 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















