Icma.az
close
up
RU
“O dedi ki, Xocalıda heç bir doğmam, qohumum, ölməyib, ona görə həmin faciənin mahiyyətini dərk edə bilmirəm...”

“O dedi ki, Xocalıda heç bir doğmam, qohumum, ölməyib, ona görə həmin faciənin mahiyyətini dərk edə bilmirəm...”

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Xocalı soyqırımının, faciəsinin mahiyyətini dərk etməyən və dərk etmək istəməyən, ana dilimizə, dövlət dilimizə, qardaş Türkiyənin bizimlə, demək olar ki, eyni olan dövlət dilinə yanlış mövqe nümayiş etdirən bu cür şəxslərə isə efir, meydan vermək olmaz...”

“Heç cür anlamaq olmur ki, Azərbaycanın çörəyini yeyən, bu ölkənin, bu xalqın hesabına ad-san qazanan, özlərinə bahalı, dəbdəbəli həyat şəraiti quran bu adamlar nəyə görə belə anti-milli bir mövqedən çıxış edirlər, niyə bunlar türk dilinin varlığından belə qorxurlar. Çox ayıb olsun belələrinə! Çox... Bunlar niyə anlamırlar ki, Azərbaycan dili, Azərbaycan türkcəsi elə türk dili deməkdir. Öz doğma, ana və dövlət dillərinə bunlar niyə bu qədər biganə yanaşırlar”.

Bu fikirləri Moderator.az-a açıqlamasında kinorejissor Ayaz Salayevin “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil - türk dili təhlükəlidir” söyləməsinə münasibət bildirən Azad Vətən Partiyasının sədri Akif Nağı ifadə edib.

“Bilirsiz, adını çəkdiyiniz o adamın mən heç adını da dilə gətirmək istəmirəm. Ancaq yadıma düşən, təxminən 15-16 il əvvəl onunla bağlı iştirakçısı olduğum bir olayı qeyd etməyə bilmirəm. Yəqin, bir sıra oxucuların da yadında olar, “Speys” telekanalında tanınmış aparıcılar Həmid Herisçi və İlhamiyyə Rzanın apardığı bir gecə verilişi vardı. Bir dəfə həmin şəxs mənimlə o verilişdə tərəf müqabili oldu. Elə söz vaxtına çəkər, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsi idi və söhbət, təbii ki, bu soyqırımından, onun miqyasından və bu faciənin acı və dəhşətli gerçəklərinin dünya çapında təbliğindən gedirdi.  Gözlənilmədən bu adam efirdə söylədi ki, mənim Xocalıda heç bir doğmam, qohumum, yaxınım ölməyib, ona görə də həmin faciənin mahiyyətini dərk edə bilmirəm, başa düşə bilmirəm. Mən də, aparıcılar da heyrətə gəldi ki, özünü Azərbaycanın intellektual, ziyalı təbəqəsinin nümayəndəsi, ictimai rəyə təsir göstərə bilən şəxs hesab edən bu şəxs xalqımızın bütün dünyadakı vicdanlı insanları dəhşətə gətirmiş faciəsi haqda belə bir əndrəbadi fikir söyləyir. Bir sözlə, verilişdə bir şok yaşandı və mən ona dedim ki, sizin dilinizin söylədiyinizi qulağınız eşidirmi, nə danışdığınızı anlayırsınızmı”, -deyə həmsöhbətimiz diqqətə çatdırıb. 

“Deməli, belə çıxır ki, 15 il keçsə də, bu adamın Azərbaycana, xalqımıza, dilimizə münasibətində heç bir dəyişiklik baş verməyib. Ona görə də hesab edirəm ki, belə adamlar cəmiyyətdən, ictimai həyatdan təcrid olunmalıdır, mediamızda, telekanallarımızda, ictimai tədbirlərimizdə Azərbaycan vətəndaşı, Azərbaycan türkü kimi düşünən insanlara meydan verilməlidir. Xocalı soyqırımının, faciəsinin mahiyyətini dərk etməyən və dərk etmək istəməyən, ana dilimizə, dövlət dilimizə, qardaş Türkiyənin bizimlə, demək olar ki, eyni olan dövlət dilinə yanlış mövqe nümayiş etdirən bu cür şəxslərə isə efir, meydan vermək olmaz”, -deyə Akif Nağı vurğulayıb.

Sultan Laçın 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri