O gəmidə yaralananlardan biri də Coşqun olub Foto+Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir.
“Qafqazinfo” xəbər verir ki, o, 3 ildir gəmidə mühərrik ustası kimi çalışırmış.
Hazırda o, Rumıniyada gəmidə xəsarət alanlarla birlikdə müalicə alır.
Atası Azər Məmmədəliyev bildirib ki, Coşqun 2 aydır gedib.
“Hər şey normal idi, salamatlıq idi. Rumıniya şəhərində idilər. Hadisə dünən səhər olub. Bizim məlumatımız olmayıb. Bu gün səhər xəbərimiz olub ki, gəmi vurulub. Şərait yaradıblar, özü ilə danışmışıq. Hər şey qardasındadır”, - deyə o vurğulayıb.
Daha ətraflı İTV-nin süjetində:

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Oktyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















