O gözəl, yenilməz Ukrayna şeir antologiyasının təqdimatı oldu
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Bakı Kitab Mərkəzində "O gözəl, yenilməz Ukrayna" şeir antologiyasının təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, kitabın moderatorları Səlim Babullaoğlu və Dmitro Drozdovskidir.
Azərbaycan Yazıçılar Birliyinin(AYB) beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu çıxışında iki ölkə arasındakı ədəbi əlaqələrin əhəmiyyətindən danışıb.
O, "Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin tarixi 130-140 mindən artıqdır. 1991-ci ildən ölkələrimiz arasında əlaqənin keyfiyyəti dəyişdi və iki müstəqil dövlət kimi ədəbi əlaqələrimizi yenidən qurmağa başladıq. Xüsusilə, 2000-ci illərin əvvələrindən etibarən biz Ukrayna ilə Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsində xeyli iş gördük",-deyə qeyd edib.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib ki, Azərbaycan və Ukrayna arasında bir körpü qurulub: "Bu körpünü həm azərbaycanlıların, həm də ukraynalıların böyük bir nəsli qurub. Ukrayna və Azərbaycan arasında böyük dostluq körpüsünün qurulmasında Səlim Babullaoğlu, Elmira Axundovanın və eləcə də yüzlərlə başqa yazıçıların rolu böyükdür".
Səfir onu da vurğulayıb ki, müharibənin ilk günlərindən Ukraynaya dəstək olan prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkür edir.
Qeyd edək ki, tədbirdə bir çox ictimai-siyasi şəxslər, yazıçılar iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 Dekabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















