Icma.az
close
up
RU
O heykəl niyə lütdür? Hamını maraqlandıran sualın cavabı

O heykəl niyə lütdür? Hamını maraqlandıran sualın cavabı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin sərgisi təqdim olunur.
“Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədi ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltməkdir. Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. “Lüt qadın heykəli” ilə bağlı fikirlər birmənalı deyil.  
Demokrat.az xəbər verir ki, “Force of Nature” heykəlləri rəssamın məşhur əsərləri seriyasındandır. Heykəllər ana təbiətin gücünü və dağıdıcı qüvvəsini təsvir etmək üçün hazırlanıb. Əsər insanla təbiət arasındakı güclü əlaqələri və bağları nümayiş etdirir. Həmçinin müasir cəmiyyətdə ana təbiətlə getdikcə çətinləşən əlaqəni yaratmaq üçün mümkün olan hər şeyi necə etmək lazım olduğunu xatırladır.
Lorenso Kuinn bu əsərlərində fırtınaları, xüsusən də 2004-cü ildəki Hind okeanı sunamisini və 2005-ci ildəki Katrina qasırğasını xatırlayaraq, insanın təbiət qarşısında nə qədər aciz olduğunu göstərmək istəyib. 
Heykəllərdə ana təbiət qadın formasında təsvir olunur və o, sanki dünyanı əlində fırladır. "Force of Nature" insanları təbiətə daha hörmətlə yanaşmağa çağırır.

Güntay Hüseynli
Kuinnin bu heykəlləri dünyanın müxtəlif şəhərlərində, o cümlədən Londonda, Qətərdə və ABŞ-da sərgilənib. 
Heykəltaraş "Təbiətin gücü" adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası “The Force of Nature II” adlanır.
Heykəltaraş əsərləri ilə bağlı danışarkən “Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur”, - deyə bildirib.
Gənc heykəltəraş Güntay Hüseynli ilə ekskluziv müsahibə - HamamTimes
Azərbaycanlı heykəltaraş Güntay Hüseynli əsərlə bağlı fikrini bölüşərkən deyib ki, lüt heykəlin nümayiş olunmasında qeyri-adi heç nə yoxdur: “Heykəlin çılpaqlığını müzakirə etməyin özü mənasızdır. Heykəl çılpaq da ola bilər, geyimdə də. Bu, müzakirə mövzusu olmamalıdır. "Təbiətin gücü" əsərində hansısa vulqarlıq yoxdur. Həmin heykəldə seksual çağırış, erotika görmürəm. Sadəcə olaraq,  dünyanı əlində tutan çılpaq qadın fiqurudur. Çox da şişirdiləcək böyük bir şey deyil. Həmin heykəlin geyimli versiyası da var. Lakin onlar eyni deyil, ayrı-ayrı işlərdir. Bizim cəmiyyətdə özümüzə lazım olanda o çılpaqlığı görməzdən gələ bilirik, sərf etməyəndə isə şişirdirik.  Bu, müsəlman cəmiyyəti olmağımızla bağlı bir şey deyil. Dünya səviyyəsində tanınan bir heykəltaraşın əl işini müzakirəyə çıxarmaq düzgün deyil. “Miloslu Venera” heykəli də çılpaqdır. Gözəl qadın təsvir olunub və hansısa ikrah hissi oyatmır. Bütün heykəltaraşlar  üçün bu heykəl etalondur. Heykəldə çılpaqlığa irad bildirmək lazımdırsa, onda gərək  “Miloslu Venera”nı müzakirəyə çıxaraq. 
Mənim diplom işim çılpaq kişi fiquru olub. Akademiya səviyyəsində heç kim irad bildirmədi. Bütün heykəltaraşlar çılpaq heykəllərlə işləyirlər".   
Qeyd edək ki, “Oskar” mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb, rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.
“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi mesajları çatdırır. 
Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək. Sərgidə ziyarətçilər italiyalı heykəltaraşın “Balanslaşdırılmış dünya” (Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə mərkəzin park ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə mərkəzin foyesində tanış ola biləcək.  (Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri