Icma.az
close
up
RU
Rusiya bizi necə cəzalandıracaq? Hamını narahat edən sualın cavabı tapıldı

Rusiya bizi necə cəzalandıracaq? Hamını narahat edən sualın cavabı tapıldı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son 5 ildə nəhəng tarixi proseslərə şahidlik etdik. Onun ən pik nöqtəsi ötən gün Vaşinqtonda yaşandı. Prezident İlham Əliyev Azərbaycanı – bir kiçik Qafqaz ölkəsini qlobal məkana daşıdı. Məhəlli ölkəni geopolitik oyunçuya çevirdi. Özünün dediyi kimi, dünyanın əsas paytaxtında, bir nömrəli ofisində (Ağ Evdə) möhtəşəm sənədi imzaladı və imzalatdı.

Ağ Evdə imzalanan yekun sülh sənədi deyil. Dünən bu haqda Prezident İlham Əliyev xüsusi arayış verdi. Ona kimi sənədin mahiyyəti barədə müəyyən anlaşılmazlıq yaranmışdı. Çünki Bakının İrəvan qarşısında tələbi var: Ermənistan konstitusiyasında dəyişiklik olmadan yekun sənəd imzalana bilməz. Azərbaycan lideri bunu “Ermənistanın ev tapşırığı” adlandırıb. İlham Əliyev dünənki görüşdə hər detala, ən xırda məqama diqqət yetirirdi, boşluq yaranmasına imkan vermirdi. Vəziyyətə hakim idi. Qarşılanma mərasimində Donald Trampla ilk ünsiyyət, zarafatlaşma, səmimi ortam görüşün hansı tərəfin siyasi-psixoloji üstünlüyü ilə keçəcəyini bəlli edirdi.

Oval kabinetdə 6 ay öncə Ukrayna prezidenti Volodimir Zelenski də ağırlanmışdı. Trampın onunla danışığı, rəftarı dünyanı heyrətə gətirmişdi. Zelenski Ağ Evdə böyük təzyiqə, həqarətə, hətta təhqirə məruz qalmışdı. Dünən İlham Əliyevlə Donald Trampın səmimi ortamda danışmalarını, ABŞ prezidentinin Azərbaycan rəhbərinə heyranlığını, hörmətini gördükcə Zelenski ilə bağlı baş verənləri xatırladım.

İlham Əliyevi əksər liderlərdən fərqləndirən xeyli üstünlük var. Onlardan biri dürüst olmasıdır. Nə xalqına, nə həmkarlarına heç vaxt reallıqdan uzaq nələrsə demir. Boş vədlər vermir. Dediyi sözləri, verdiyi vədləri reallaşdırır. Şuşa Qlobal Media Forumda dedi ki, heç bir həmkarına yalan danışmır. Hər insanda, siyasətçidə, dövlət başçısında rast gəlinməyən xüsusiyyətdir.

Çoxları deyir ki, imzalanan sənəddən sonra nə olacaq?

Əvvəlcə bir məqamı deyim. Bu möhtəşəm prosesdən səmimi və qeyri-səmimi narahat olanlar var. Ölkəyə xain mövqedə dayanan bir dəstə “azərbaycanlı” bədbəxt neçə gündür ABŞ görüşünü gözdən salmaq üçün hər alçaqlığa əl atır. Yada 2020-ci ilin 10 noyabr tarixindən sonrakı vəziyyət düşür. Həmin vaxt da bu adamlar həşir salıb, qələbəni, zəfəri ləkələməyə çalışırdılar. Əsas arqument bu idi ki, rus ordusu Qarabağa gəldi. Dövlətə, onun rəhbərinə şər atırdılar. İftira söyləyirdilər. Başqa “arqumentləri” bu idi ki, Xankəndi, Xocalı və başqa ərazilər işğaldan azad edilmədi. 3 il bu arqumentin arxasında gizlənib, mövcudluqlarını təmin etdilər. 2023-cü ilin 19-20 sentyabrında 1 günlük anti-terror əməliyyatından sonra səsləri bir az kəsildi. Amma “əsas” arqumentləri hələ qalırdı: “Rusiya sülhməramlıları Azərbaycandan çıxmayacaq”.


8 avqust 2025-ci il. İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan Birgə Bəyannamə imzaladılar

2024-cü ilin aprel ayında sülhməramlılar Qarabağı tərk etdi. Daha doğrusu, İlham Əliyevin iradəsi sayəsində ölkədən çıxarıldılar. Həmin vaxt yazdığım məqalədə bildirmişdim ki, bu qaraguruh və Vətən xainləri rus hərbçilərinin texnikasının altında qalıb, məhv oldular.

Millətin halal qələbəsinə haram qatmaq üçün əllərindən gələn hər ləyaqətsizliyi etməkdən çəkinmədilər. İndi də sülh istiqamətində atılan bu möhtəşəm addıma dil uzadırlar. Artıq gecdir. Bu dəstə Azərbaycanın keçmişində qalıb – bu günə, sabaha adlaya bilməyiblər. Bilməyəcəklər.

Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olması dünən bir daha isbatlandı. Bu müəzzəm prosesin aparıcı qüvvəsi Azərbaycan Respublikası və Prezident İlham Əliyevdir. Nikol Paşinyanın rəftarı, jestləri İlham Əliyevin sərbəstliyi, arxayınlığı fonunda çox solğun görünürdü. İlham Əliyev yalnız ölkəsini deyil, Ermənistanı, bütövlükdə bölgəni xilas etdi. Onun bu siyasəti hələ uzun illər öyrəniləcək. Trampın İlham Əliyevi “böyük lider” adlandırması da boşuna deyildi. ABŞ Prezidenti dəfələrlə bir fikri ifadə edirdi ki, bu çətin vəziyyətdən, üzücü münaqişədən bölgəni İlham Əliyevin siyasəti xilas etdi.

Həmçinin oxuyun:

Bütün parçalar sehrli şəkildə yerinə oturdu – Vaşinqton bəyannaməsinə Böyük Britaniyadan ilk REAKSİYA

Azərbaycan cəmiyyətini bir sual ciddi düşündürür: Rusiyanın baş verənlərə reaksiyası necə olacaq? Xalq narahatdır ki, Putin Azərbaycanda və Ermənistanda ciddi təxribatlar törədər. Çünki onun Cənubi Qafqazda mövqeyi ciddi şəkildə zəifləyir. Əvəzində, ABŞ bura yerləşir – həm də ən azından 100 illiyinə…

Rusiyadan iki əsrdir hər cür pislik, düşmənçilik görmüş ölkənin ictimaiyyətinin bu narahatlığı başadüşüləndir. Fəqət artıq nə zaman o zamandır, nə Azərbaycan əvvəlki ölkədir, nə Ermənistan əskilərdəkidir, nə də Rusiya. Putin bunun fərqindədir. Ona görə artıq Azərbaycana məxsus infrastrukturları hədəf alır.

Nikol Paşinyan hər şeyin fərqindədir. Ona görə də ilk işi xalqını düçar olduğu “böyük Ermənistan” xəstəliyindən müalicə edir, onu doğru yola inandırmaq istiqamətində lazımlı addımlar atır.

Beynəlxalq şərtlər də köklü şəkildə dəyişib. Qərb Qarabağ, Azərbaycan-Ermənistan münaqişəsi mövzusunda hər zaman Rusiya faktorunu nəzərə alırdı.

Artıq almır. Çünki geopolitik balans Azərbaycan üzərindən qurulur. İlham Əliyevin iradəsi nəzərə alınaraq qərarlar qəbul olunur. ABŞ, Avropa İttifaqı, Britaniya, Çin, Türkiyə, İran, İsrail, Pakistan, – bir sözlə, dünyanın aparıcı aktorları bu amili nəzərə almadan hərəkət etmirlər. Rusiya bu gücün qarşısında nə etsə, özünü daha da çətin vəziyyətə salacaq. Putin hətta Ukraynada qalib gəlsə belə, Azərbaycanı çıxdığı böyük geopolitik magistraldan saxlaya bilməz.

2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə start verilən nəhəng proses Vaşinqton zirvəsi ilə son mərhələyə qədəm qoydu.

2020-ci ilin 8 noyabrında Şuşa Zəfəri 2025-ci ilin 8 avqustunda növbəti dəfə özünün geopoltik möhürünü qazandı.

İlham Əliyev Cənubi Qafqazı mini Şengenə çevirir. 200 ildir münaqişələrdən, separatizmdən əziyyət çəkən bu bölgəni azadlıq, əməkdaşlıq, firavanlıq, təhlükəsizlik coğrafiyasına çevirir. Bundan Çindən Amerikaya qədər bütün dövlətlər və xalqlar qazanacaq.

Azərbaycan Prezidentinin vizionu, düşüncə və təfəkkür miqyası bu qədər nəhəng və bəşəridir…


Azər Ayxan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri