Icma.az
close
up
RU
O məni görür və qürur duyur Avropa çempionu ilə MÜSAHİBƏ

O məni görür və qürur duyur Avropa çempionu ilə MÜSAHİBƏ

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycanın yunan-Roma millisinin üzvü Ruslan Nurullayevin (72 kq) SİA-ya müsahibəsini təqdim edirik:

- Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak etdiniz. Yarışı necə dəyərləndirərdiniz?

- Bu ilin ən önəmli yarışlarından biri idi. Yarış yüksək səviyyədə təşkil olunmuşdur. Mənim üçün çox vacib yarış idi. Həm sərbəst, həm də qadın güləşçilərimiz bu çempionatda çox yaxşı çıxış etdi. Azərbaycan Güləş Federasiyası, eyni zamanda da Məşqçilər Korpusunun rəhbərliyi altında həm Azərbaycanda, həm də ölkə xaricində çox yaxşı məşqlər keçmişdik. Bütün bunların sayəsində də çempionatda aldığım nəticə yüksək səviyyədə oldu.

- Çempionatı qızıl medalla başa vurdunuz. Bu uğurunuzu necə şərh edərdiniz?

- Çox xoşbəxtəm ki, əziyyətim yerdə qalmadı. Düşünürəm ki, qızıl medala layiq idim. Bu nəticəni əldə etmək üçün çox çalışmışdım. Xeyli məşqlər sayəsində bu uğura imza atdım.

- Daha öncədən çempion olacağınıza ümid edirdiniz?

- Bəli, bu nəticəni özümdən gözləyirdim. Sevincidir haldır ki, gözlədiyim kimi də oldu. İstər bədən formam istərsə də, fiziki-texniki cəhətdən bu yarışa tam hazır idim. Hər şeyə displinli şəkildə hazırlaşmışdım.

- Rəqiblər barədə nələr deyə bilərsiniz?

- İlk görüşdən sona kimi bütün rəqiblərim güclü idi. Hər biri çempionluq üçün gəlmişdi. Hər birinin böyük potensialı var idi. Latviya idmançısı məni ötən ilin Avropa çempionatında məğlub etmişdi, o cəhətdən bu görüş mənim üçün revanş xarakteri daşıyırdı. Bütün görüşlərimi eyni məsuliyyətlə daşıyırdım.

- Yarış zamanı nə kimi çətinliyiniz oldu?

- Əlbəttə asan heçnə yoxdur. Nəticə qazanmaq istəyirsənsə çətinlik çəkməlisən. Bu səbəbdən mən də müəyyən çətinliklərlə üzləşdim. Amma sonda hər şeyin öhdəsindən gəlib, yüksək nəticə əldə etdik.

- Qələbənizi kimə həsr edirsiniz?

- Çempionluğumu atama həsr edirəm. O məni görür və qürur duyur.

- Bundan sonra başqa nə planlarınız var?

- Bundan sonra böyüklər arasında Avropa və dünya çempionatı var. Məşqçilərin məsləhəti ilə bu yarışa qatılacam. Təbii ki, bu yarışarda da öz çempionluğumu yeniləmək üçün əlimdən gələni edəcəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri