Icma.az
close
up
RU
O öləndən sonra yaşamağımın nə MƏNASI VAR?

O öləndən sonra yaşamağımın nə MƏNASI VAR?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şair Cığatel İsaqızı "Rəngarəng" verilişinin canlı efirində duyğusal açıqlamaları ilə kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, sənətçi veriliş zamanı qəzada həyatını itirən azyaşlı nəvəsi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. Onun səmimi sözləri studiyadakı qonaqları da təsirləndirib, bir çoxunun gözləri dolub.

Cığatel İsaqızı çıxışı zamanı ailəsində yaşadığı ağır itkilərdən bəhs edib. O, atasını bu gün də böyük sevgi ilə xatırladığını bildirib:

"Dünyasını dəyişən atamı bu gün də sevirəm. Bu yaşımda hər gün atamdan danışıram. Qızım şahiddir. Mənim varlığım, dünyam atam olub".

Şair daha sonra həyatında yaşadığı digər itkilərdən də söz açıb:

"Atam, anam, qardaşlarım, həyat yoldaşım dünyasını dəyişdi, yenə də yaşamağa bir səbəb tapdım. Qardaşımın və bacımın gənc oğlu dünyasını dəyişəndə də yaşadım. Amma nəvəm Süleyman öləndən sonra yaşadığım həyat artıq əvvəlki kimi deyil".

O bildirib ki, nəvəsinin itkisi onun üçün ən ağır sınaqlardan biri olub:

"İndi də yaşayıram, amma yaşadığım həyat əvvəlki kimi deyil. Belə yaşayıram ki, gedin, nə edirsiniz edin. Xəstələnəndə artıq qorxmuram, deyirəm ki, siz də qorxmayın.Süleyman öləndən sonra mənim yaşamağımın nə mənası var?".

Şairin bu sözləri studiyada kövrək anlar yaşadıb və verilişi izləyən tamaşaçıları da dərindən təsirləndirib.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Mart 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri