O pulu ailəsi alacaq
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Liverpul" yol qəzasında dünyasını dəyişən hücumçusu Dioqo Jotanın 2027-ci ilə qədər olan əmək müqaviləsi üzrə maaşını tam ödəyəcək.
QOL.az xəbər verir ki. bu barədə "Record" məlumat yayıb.
İngiltərə təmsilçisi Jotanın maaşını onun ailəsinə ödəcək.
Daha əvvəl "mersisaydlılar" portuqaliyalı futbolçunun geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxaracaqlarını açıqlamışdılar.
Qeyd edək ki, Dioqo Jota 2 gün əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Həmin qəzada onun qardaşı Andre Silva da həlak olub.
Xatırladaq ki, 28 yaşlı futbolçu 2020-ci ilin sentyabrından "Liverpul"un formasını geyinirdi. Bu müddət ərzində o, bütün yarışlarda 182 matçda iştirak edib, 65 qol vurub və 26 məhsuldar ötürmə edib. Jota klubla İngiltərə çempionluğunu, İngiltərə Kubokunu və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb. O, Portuqaliya millisi ilə birlikdə 2 dəfə Millətlər Liqasının qalibi olub.
Baxış sayı:77
Bu xəbər 05 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















