Icma.az
close
up
RU
O qatarın dalınca baxma: qaranlıqdan aydınlığa səyahət

O qatarın dalınca baxma: qaranlıqdan aydınlığa səyahət

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keçmişin xəyalları hər zaman şirin olub, hər kəsin öz dünəninə dönə bilmək üçün ən azı bir səbəbi var, amma...

Keçmişin xiffətini kim çəkmir ki?! "Ötən günlərimi qaytaraydılar..."ı neçə nəfərimiz neçə dəfələrlə dinləyib, kövrəlib, hönkürüb, sonra təkrar dinləyib, köynəyinin qolunu gözlərində islada-islada toxtamağa çalışmayıb?

Kim istəməz ki, itirdiyi illər geri dönsün? Körpəliyinə, uşaqlığına, yeniyetməliyinə, gəncliyinə, cavanlığına... və hətta, qocalığına qıymış zamanla düşmən olan yoxdurmu aramızda? Çoxdur, çox!

Eramızın 25-ci ilinin ölüsünü dirilt, 2000 il sonranı deyil, 25 il əvvəli görmək istəyəcək, "gələn günlərini qurban verəcək".

Bu, insanın kodudur. Dünənin həsrətini çəkmək, zamana qapdırdığı anlarını geri qaytarmaq... İçimizdəki cəngavər təslim olanadək bu uğurda at çapacaq, qılınc çalacaq.

Ömrün əvvəllərində olsun, ya da sonlarında, acılı və ya şirinli - hər kəsin geri qaytarmaq istədiyi bir şey(lər) var.

Kimi mənim kimi uşaqlığının qışını axtarır, kənd evlərinin damından sallanan sırsıranı dondurma kimi yaladığını xatırlayır, şaxtadan çatlamış əllərinin ayışığından gecələr inildədiyini tez-tez yuxusunda görür.

Kimi sənin kimi o qızı ilk dəfə gördüyün anı dondurub xəyalında. O qızı qızmar günəşdən qoruyan ağacı oraya əkənə indi də rəhmət oxuyur. Ya da o qız... O da unutmayıb həmin ağacın budaqlarından sallanan yarıqurumuş gilasları - səni unutma(ma)ğa çalışsa belə.

Belə intizarlarımız sonsuz saydadır: “o zaman yaxşı dolanırdıq”, “o dövrün insanları bir başqaydı”, “heyif deyildi əvvəlki səmimiyyət”, “məktəb illəri” və s. və i. Kiminin qəlbi atasından ötrü göynəyir, kiminin burnunun ucu anasından ötrü...

Dünən hər zaman sabahdan şirin olub - sabah dünəndən daha cazib olsa da. Dünəndə sən varsan, bəs, sabahda yerin varmı?.. Bilmirik və qayıdırıq dünənə.

Dünən gecə "TikTok"da qarşıma bir paylaşım çıxdı - rusların hazırladığı nostalji videoçarx. Fonda keçmiş sovet mahnısı, öndə sovet qatarı, yuxarıda rus dilində belə bir sorğu: «Если вам сказали, что поезд едет обратно в СССР, в хотели бы сесть на етой поезд?» (Əgər sizə desəydilər ki, qatar geriyə, SSRİ-yə gedir, o qatara minərdiniz?).

Bu virtual sorğuya sosial şəbəkələrin Azərbaycan seqmentində rast gəldim. Bizimkilər özümüzünküləşdirmiş və bizim insanımıza ünvanlamışdılar. Xeyli bəyənmə, təkrar paylaşım və şərh qazanmışdı "geriyə aparan o qatar".

Cüzi bir kəsim neqativ cavablamış – bugümüzü dünənimizdən daha əziz hesab etdiyini bildirmişdi. Əksəriyyət dala-dala gedən qatara minmək üçün əl qaldırır, "bayraq" yelləyir, Əfqanıstanı tərk edən ABŞ təyyarəsinin təkərlərindən sallanan əfqanlar kimi SSRİ-yə qayıdan qatarın ardınca tövşüyür...

Yuxarıda razılaşdığımız kimi, keçmişin xəyalları hər zaman şirin olub, hər kəsin öz keçmişinə dönə bilmək üçün ən azı bir səbəbi var. Amma...

Sovet rejiminin xiffətini çəkmək üçün neçə səbəbimiz ola bilər ki, onun axıtdığı göz yaşlarını quruda bilsin? Sözügedən sorğu iştirakçılarının SSRİ həsrətinin kökündə iki səbəb dayanır: itirilmiş illərin sırf insani nisgili və “o vaxt daha yaxşı yaşayırdıq” düşüncəsi.

Birinci amil təbii, anlaşılan və bölüşüləndir. Ömrünün böyük bir hissəsini SSRİ zamanında yaşayanlar var. Ömrünün az hissəsi təsadüf etsə də, “yağlı” hissəsini o dövrdə keçirənləri unutmuruq. 70 il az zaman deyil.

Və bir də, ikinci səbəbin bayrağı altındakıların unutduğu bir faktoru unutmuruq. O rejim babalarımızın qanı, nənələrimizin naləsi üzərində qurulmuşdu.

Atası repressiyanın, əri “Böyük Vətən Müharibəsinin” qurbanı olmuş anamızın ürkək pıçıltısı vardı ha - “A bala yavaş ol, yerin də qulağı var” – o pıçıltı qulağımızdan getmir bizim. Daxmamızda ölüm, sürgün, həbs təhlükəsi altında titrəyirdik.

Rus əsgərinin süngüsünü, Qafqazdan Orta Asiyayadək türk xalqlarının üzləşdiyi böyük fəlakətləri, əsrlərin əvvəllərindəki və sonlarındakı faciələri, 20 Yanvarı...mı xatırlayaq, yoxsa “125 rublla bir ay yaxşı yeyib-içdiyimizi”mi?

Kim nəyi necə xatırlayır, öz işidir, seçimində sərbəstdir. Biz isə, unutmadan bir məqama da qısaca toxunub, hüzurunuzdan mürəxxəs olacağıq.

Bu məqam sovetlərin həsrətini çəkənlərin həsrət səbəblərinin hələ də tam aradan qalxmaması ilə bağlıdır:

Biz qanlı sovet rejiminin cəza aparatını belə, “əşşi nolsun, əsas odur, işimiz, dolanışığımız vardı” müqayisəsinə əzdirən sosial təminat sisteminə hələ də qalib gələ bilməmişiksə, bu haqda düşünməli deyilikmi?

Niyə ondan daha ədalətli cəmiyyət qurmayaq?

Günümüzün insanı işdən və bolluqdan başını qaldırıb geriyə boylanmamalı deyilmi?

Müstəqil Azərbaycan vətəndaşı Sovet insanının malik olduğu imtiyazlardan daha çoxuna layiqdir, heç şübhəsiz. Biz qaranlıq keçmişi deyil, işıqlı gələcəyi haqq edirik.

Xülasə, geriyə sürünən o qatarın dalınca baxmayaq. Öz sürət qatarımızın sükanından yapışıb, öz təyyarəmizin pilotu olub, öz dronlarımızın idarəedicisi kimi daha parlaq, daha aydın, daha firavan gələcəyə üz tutaq.

Dünəndən sabaha böyük ümidlərlə, xoşca qalın...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri