Icma.az
close
up
RU
O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış...

O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış...

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağstafanın Aşağı Göyçəli kəndində 2 yaşlı qız uşağını oğurlamaqda ittiham olunan Telman Omarovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Omarov adam oğurluğunda təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib.

İttihamda yazılır ki, 57 yaşlı T.Omarov kənddə keçirilən toy mərasimində azyaşlını izləməyə başlayıb. Uşaq yol kənarında oynayan vaxt onu qucağına alaraq idarə etdiyi “Lexus” markalı avtomobilə mindirib və Ağstafadakı evinə aparıb.

Övladlarının yoxa çıxdığını görən ailə əvvəlcə onun yaxınlıqdakı arxa düşdüyünü zənn edib.

Hadisənin yeganə şahidi isə anadangəlmə nitq qabiliyyəti olmayan kənd sakini Elmar imiş. Elmar uşağı qaçıran avtomobilin nömrəsini yerə yazaraq baş verənləri valideynlərə başa salıb. Bundan sonra körpəni Telmanın apardığı məlum olub.

Valideynlər kənd sakinlərini də toplayaraq uşağı almaq üçün onun evinə gediblər. Həmin vaxt sərxoş vəziyyətdə olan Telman həyətində saxladığı iti gələnlərin üstünə buraxıb. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra azyaşlı valideynlərinə təhvil verilib.

Kənd sakinləri məhkəmədə də bu halı təsdiq ediblər. Kəndlilər deyiblər ki, uşağı geri almaq üçün valideynlərlə birgə T.Omarovun yaşadığı evə gediblər.

İçkili vəziyyətdə olan Omarov isə onları “əgər yaxınlaşsanız, uşağı itə atacağam” deyərək hədələyib. Hətta həmin vaxt həyətdəki it uşağı T.Omarovun əlindən almağa çalışanlardan birini dişləyib. Yalnız polisin müdaxiləsindən sonra ara sakitləşib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi toplanmış sübutlar əsasında Telman Omarovu təqsirli hesab edib. Ona ittiham edildiyi maddənin sanksiyasının yuxarı həddindən-12 il 6 ay həbs cəzası verib. Həmçinin cəzasının çəkilməsi yeri ciddi rejimli müəssisə seçilib.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri