Icma.az
close
up
RU
“O sakinlərin işıq limiti 3 dəfə artırılsın”

“O sakinlərin işıq limiti 3 dəfə artırılsın”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Sevindirici haldır ki, bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 97 faizə çatıb. Bu, dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mühüm nailiyyətlərindən biridir. Lakin onu da nəzərinizə çatdırım ki, burada rayonlar arasında ədalət prinsipi pozulub, ölkə üzrə qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

“Lerik və Astara kimi dağlıq sərhəd rayonlarında iqlim şəraiti kifayət qədər sərtdir, qış mövsümü uzun çəkir və əhali ilin 8-9 ayı istilik enerjisinə ehtiyac duyur. Belə bir şəraitdə təbii qazın olmaması əhalinin üzərinə ağır maliyyə yükü qoyur, eyni zamanda alternativ yanacaq kimi odun tədarükü nadir meşə fonduna mənfi təsir göstərir.

Hesab edirəm ki, ölkənin bütün bölgələrində yaşayan vətəndaşlar üçün bərabər sosial imkanların yaradılması dövlətin əsas vəzifələrindən biridir. Vətəndaşın yaşadığı ərazi onun sosial təminat imkanlarını məhdudlaşdırmamalıdır.

Əlbəttə ki, əsas hədəfimiz ölkə üzrə qazlaşdırma səviyyəsini 100 faizə çatdırmaq olmalıdır. Lakin bu hədəfə nail olanadək, qazlaşdırılmayan kəndlərin əhalisi üçün alternativ güzəşt mexanizmlərinin tətbiqini vacib hesab edirəm. Bu məqsədlə təklif edirəm ki, həmin kəndlərdə yaşayan abonentlər üçün güzəştli elektrik enerjisi limitinin mövcud həddən 3 dəfə artırılması məsələsinə baxılsın. 

Bu addım dağ kəndlərində yaşayan ailələrin enerji xərclərini azaldar, sosial təminat fərqini aradan qaldırar və dövlətimizin bütün vətəndaşlara bərabər qayğısının və ədalətli münasibətinin real göstəricisi olar”, - deputat qeyd edib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Noyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri