Icma.az
close
up
RU
O Ucalığa hürən, ulayan alçaqları Atam görmür Mirşahin

O Ucalığa hürən, ulayan alçaqları Atam görmür Mirşahin

Icma.az bildirir, Bakupost portalına istinadən.


Mirşahin Ağayev

Dostlar və “dostlar”!

Atam Mir Dilavərin ölümünü təbii ki çox ağır keçirirəm. Həm bir övlad, həm də cəmiyyət üzvü kimi. İki gündür rəhmət leysanı içindəyik. Mir Dilavər ağanın qapısı insan selağzıdır. Başsağlıqları, ehtiram, hörmət, xatırlamalar. Böyük bir bölgənin ağsaqqalı, nüfuzlu din xadimi, Müqəddəsimiz rəhmətə gedib. Yeri həmişə görünəcək. Əlbəttə, bu böyük kişi, əlinin qabarı, alnının təri, sarsılmaz imanı, Qurani Kərimin yüzlərlə Hafizini yetişdirmiş zəhməti ilə-möminlik nümunəsinə ucalmış Hacı Mir Dilavər ağa haqqında mütləq çox ciddi nələrsə yazacam. Amma indi yox. Bir az sonra. Hər şeyi tam dərk edəndən sonra. İndi isə həm də bunları yazıram:

- Atam gedişi ilə də işıq saldı. Bu nur topasına doğru pərvanə kimi qanad çalanları da, hürə-hürə cuman quduz köpəkləri də gördüm. Görməkdəyəm. Atam yoldadır! Yəqin ki, üzündəki təbəssüm bu dəqiqə daha da səmavi, daha da ilahidir. Atamın İşıqlı siması hüzurunda qələbəlikdir, tıxacdır. Ruhuna doğru saysız-hesabsız Fatihə, Salavat və Dualar uçuşur... O Fatihə, Salavat və Dualardan min kilometrlərlə aşağıda isə qaragüruh, cahil idbarlar, mənəvi şikəstlər var… Bu xəbis xislətlilərin ala-tala ləkələri, laxtaları, qaraltıları gözə dəyir! Atam həmişə mənə deyərdi: nə olursa, olsun, qəzəblənmə! Kin saxlama! Əməl etməyə çalışıram. Amma indi çox çətindir. Çünki Atam bunu deyəndə sağ idi. Yanımda idi. Amma indi deyil. Qəzəblənməkdən çəkindirənim, hövsələyə çağıranım, səbr verənim də yoxdur. Allah səbr versin deməklə deyil... Alınmır... O Ucalığa hürən, ulayan alçaqları Atam görmür. Görə də bilməz. Çünki onlardan çox yuxarıdadır. Atama rahatdır. Amma mən görürəm. Rahat ola bilmirəm. Gücüm ancaq bu diləyə çatır:

-Bağışla onları, Ata! Onlar nə etdiklərini bilmirlər!


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Mart 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri