Icma.az
close
up
RU

“O vaxt sərhədi təkcə Rübabə üçün açmışdılar, bu eləbelə hadisə deyildi” sənətkarın bacısı

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Bacım Rübabə Muradova vətən həsrəti ilə dünyadan köçdü. Onun yaradıcılığının da elə özəyi vətən, torpaq idi! Səsindəki yanğı elə doğma vətəni üçün sakitcə etdiyi üsyanı idi. Vətən həsrətini qəlbində daşıyıb, ifalarında yaşadırdı. Bilirsiniz ki, Rübabə 1933-cü ildə Ərdəbildə doğulub. Uşaq ikən doğma vətənini tərk edir. Ailəmizin ən kədərli günləri də elə bundan sonra başlayır. Biz ailədə 7 uşaq olmuşuq, 2 qardaş 5 bacı. Ən axırıncı mən olmuşam. Bizə Rübabə tərbiyə verib, oxutdurub, çörək verib. 1946-cı ildə onlar İrandan Astaraya keçiblər. Sağ olsun millət kömək edib, orada məskunlaşıblar. Sonra Salyana köçüblər. Rübabə Salyanda oxumağa başlayıb. Mən belə bir insan görməmişəm vətənini bu qədər sevsin. Deyirdi ki, iməkləyə-iməkləyə gedib həyətimizi taparam, həyətdə qızıl güllərini, ağacları iyləyərəm. İnsandır da, vətəni yadına düşürdü. Deyirdi ağlayırdı, deyirdi ağlayırdı”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Rübabə Muradovanın bacısı Tahirə Muradova deyib.

O daha sonra əlavə edib:

“Rübabənin üzünü heç görmürdük, elə konsertlərdə, qastrollarda olurdu. Bütün mahnılarını çox sevirəm. “Gəl bizə yar” mahnısı isə bir başqadır. Hətta onun klipi də var.  Rübabə xəstə idi, icazə vermirdi çəkilişə. Aztv-dən gəlib onu xəstə halıyla çəkdilər. Ağacdan tutub oxudu. Amma təəəsüf ki, Rübabə özü bu lent yazısını görmədi. Astaraya gedəndə dayanıb yolda ağlayıb. Gedib xahiş edib ki, 5 dəqiqəlik də olsa sərhədi açın, ora keçim. Sağ olsunlar, açıblar sərhədi. Sərhədi keçəndən sonra ağlamaqdan ürəyi gedib. Torpağı götürüb ağzına aparıb, iyləyib, ovucuna sıxıb. Deyib ki, şükür sənə mən öz torpağıma qovuşdum. O vaxt belə bir qanun yox idi ki, sərhədləri açsınlar. Rübabəni hamı sevirdi. Deyirdi ki, mən ölsəm sən sağ qalsan gedib Ərdəbildən torpaq gətirərsən. Mən bacımın vəsiyyətini yerinə yetirdim. Mən getdim həyətimizdən torpaq gətirdim. Şah məscidinin yanında idi həyətimiz. Torpağı gətirib məzarının üstünə səpdim”.

Tahirə Muradova bildirib ki, səsini bacısının səsinə bənzədirlər:

“Hamı deyir ki, səsiniz Rübabənin səsidir elə bil. Amma mən onların bu sözü ilə razılaşmıram. Çünki Rübabənin səsinin bənzəri yox idi, fövqəltəbii bir səs idi. Nəinki mənim, heç bir sənətkarın səsi Rübabənin səsinə bənzəmir. Çox sevinirik ki, Rübabə xanımın mahnılarına bu gün gənclər də müraciət edir, yeni aranjimanlarda ifa edirlər. Bunun özü bizim üçün bir təsəllidir. Əlbəttə ki, mahnıları yeni tərzdə oxumaq olar, əsas onun kökünü dəyişdirmək olmaz. Mən elə özüm də bəzən tədbirlərdə ifa edirəm, oxuyuram. Bu mahnılar bizim tariximiz, musiqi xəzinəmizdir. Yaxşı ki, Azərbaycan mədəniyyətindən, incəsənətindən Rübabə Muradova imzası keçib”, - deyə sənətkarın bacısı bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri