Icma.az
close
up
RU
O yerlər çəkir məni...

O yerlər çəkir məni...

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəbrayıl, 19 may, AZƏRTAC

AZƏRTAC Cəbrayıl rayon sakini, şair-publisist Hidayət Səfərlinin erməni işğalından azad olunan və bu gün sürətli şəkildə yenidən qurulan, doğma sakinlərini qarşılayan Cəbrayılla bağlı təəssüratlarını təqdim edir:

Hər bir kəsin xatirələrlə dolu uşaqlıq dünyası var. Hansı yaşda olsaq da, zaman-zaman o dünyaya boylanır, o dünyanın mövcud olduğu məkana can atırıq. Bizlərin də Cəbrayıl adlı uşaqlıq dünyamız var idi. Uzun illər əlçatmaz, ün yetməz bir məkan idi Cəbrayıl. Bayatılarda, ağılarda, şeir və nəğmələrdə yaşayan və yaşadılan müqəddəs torpaq, qədim yurd yeri. Köçkünlük illəri bəzi dərslər verdi bizə. Yurd yerlərimizin müqəddəsliyini, yurddan uzaq düşmüş ulu babalarımızın qəriblik yanğısını bir daha dərk etdik, dərindən anladıq, dost-düşmənimizi tanıdıq:

Su gələr arxa, haray!

Tökülər çarxa, haray!

İgid qürbətə düşsə,

Çağırar arxa, haray! – bu şeir nə zaman, hansı hisslər, duyğular altında deyilib bilmirəm. Bildiyim odur ki, yaşantıların ifadəsidir. Yağı düşmən uzun illər işğal altda saxladığı “Lələtəpə”dən yurda boylanmağa belə aman verməyib. “Dərə xəlvət, tülkü bəy” prinsipini əldə rəhbər tutaraq yurd yerlərimizi talan edib, yağmalayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqı beş il öncə iradəsini ortaya qoydu. Uzun illərin sülh danışıqlarının fayda vermədiyini görən, ipə-sapa yatmayan düşmənin şıltaqlıqlarının son həddə çatdığını səbrlə, təmkinlə müşahidə edən sərkərdə döyüş əmri verdi. Aprel döyüşlərindən başlanan Zəfər yolunun yeni xoş müjdələri gəldi. Böyük Qayıdışın ilk müjdəçisi olan Cocuq Mərcanlıdan sonra bir-birinin ardınca rayonumuzun bir sıra kəndləri öz azadlığına qovuşdu. Əməliyyatlar başlanandan bir həftə sonra Cəbrayıl şəhərinin işğaldan azad olunması xəbərini böyük coşqu ilə qeyd etdik. Bu yolda çoxlu sayda igidimiz şəhadət məqamına yüksəldi, sağlamlığını itirdi. Hər kəs bir səslə “Təki Vətən sağ olsun!” dedi.

Vətən müharibəsi böyük Zəfərimizlə bitdikdən sonra rayonumuza ilk yollananlardan biri də mən oldum. 2021-ci il fevralın 19-da AZƏRTAC-ın bölgə müxbiri ilə Cəbrayıl rayonu ərazisinə qədəm qoyarkən böyük bir vəhşiliyə, vandalizmə şahidlik etdim. Bu ərazilərdən sanki vəhşi, köçəri tayfa keçmiş, nələr varsa talamış, yerlə-yeksan etmişdi. Amma bu yoxluq içərisində dağ-daşımızın, döyüş səngərlərindən sinəsi cadar-cadar olmuş torpağımızın varlığı məni sevindirir, kədər qarışıq hisslər keçirirdim. Heç olmasa güllə yağışında yanıb cızdağı çıxmış Vətən torpağı var idi:

Hidayətəm, ötüb yaşım,

Hər an qovğa çəkib başım.

Nə yaxşı var torpaq-daşım,

Qurum bardaş, yenə şükür! – bəli, o vaxtdan illər ötüb. Yaralarımız günbəgün sarınır, abadlıq-quruculuq işləri aparılır: yollar çəkilir, binalar tikilir, hər addımda yaşıllıqlar göz oxşayır. Cəbrayıl şəhər sakinlərinin yurd yerlərinə köçürülməsi zamanı yaşanan sevinc hissini də görməyə dəyərdi, bu, yurda bağlılığın göstəricisidir. Kəndlərimiz yenidən qurulur, öz sakinlərini qarşılamağa hazırlaşır.

Bu il mayın 4-də doğulub boya-başa çatdığım Daş Veysəlli kəndində Böyük Qayıdışın sevincini özündə əks etdirən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Kəndimizə qayıdırıq” adlı el şənliyi təşkil olundu. Bu böyük el şənliyində şəhid ailələrinin nümayəndələri, qazilər, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Şənlik kəndin tanıtım lövhəsi yanında ağacəkmə aksiyası və qurban kəsilməsi ilə başladı. Kənd qəbiristanlığında uyuyan əzizlərimizin və şəhidlərimizin məzarları ziyarət edilərək xatirələri anıldı, dualar oxundu.

Şənlik kəndin xarabalıqları əhatəsində toplantı şəklində, musiqiçilərin iştirakı ilə davam etdi. İşğaldan sonra bu ərazidə ilk dəfə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. İgid oğulların at belində məclis ərazisinə yaxınlaşması və “Əlyar yalı” adlanan yüksək təpə üzərində tonqalların alovlandırılması insanlara həm xoş, həm də kövrək anlar bəxş etdi.

Çıxış edən ağsaqqallar, şəhid ailələrinin nümayəndələri, qazilər bu gözəl anları bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Çay süfrəsi ətrafında növbəti görüləcək işlər müzakirə olundu. Bu səpkili tədbirlərin davam etdirilməsi qərara alındı.

İfalar, rəqslər bir-birini əvəz etdi. Musiqi sədaları altında “Yallı”ya qoşulan kənd sakinləri birliklərini və yurda qayıtmaq istəklərini bir daha nümayiş etdirdilər.

Onu da qeyd edim ki, kəndimiz 2020-ci il oktyabrın 20-də düşmən tapdağından azad olunub, qızğın döyüşlər gedib. Müharibə illərində çox sayda kənd sakini şəhid olub.

Bizi dünyaya qalib xalq kimi tanıdan, başı uca, qürurlu yaşamağı nəsib edən Müzəffər Ali Baş Komandana, Qalib Ordumuza minnətdaram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun! Qazilərimizə şəfa diləyir, hər bir keçmiş köçkün soydaşımızı yurd yerlərimizə, qurub-yaratmağa səsləyirəm:

Vətən candı, həm ürəkdi,

Gözəllikdə tayı təkdi.

Bütövləşir, mübarəkdi,

Ucaldı baş, yenə şükür!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see222

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see209

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see207

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see201

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see201

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see197

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see182

Rövşən Nəcəf “düyünü”

13 May 2026 21:15see177

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see172

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see172

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see170

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see169

Tərəflər bir birinə inanmır

13 May 2026 23:19see169

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see168

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see168

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see167

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see163

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see162

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see162

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri