Icma.az
close
up
RU
“O zaman saziş imzalana bilər ki...” “Tərəfləri Rusiyanın təzyiqlərindən ABŞ qoruya bilər”

“O zaman saziş imzalana bilər ki...” “Tərəfləri Rusiyanın təzyiqlərindən ABŞ qoruya bilər”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hazırda Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün ən əlverişli dövrdür. Münaqişələrin həlli üçün real imkanlar yaranıb”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri politoloq Nəsimi Məmmədli Abu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkən bildirib. 

Onun sözlərinə görə, bölgədə geosiyasi maraqlar uğrunda mübarizədə Rusiya və İran əvvəlki nüfuzunu itirib: “Hər iki dövlətin strateji mövqeləri zəifləyib. Rusiya Ukrayna ilə apardığı müharibədə geosiyasi bataqlığa düşüb və hələ uzun müddət bu vəziyyətdən çıxa bilməyəcək. İran isə İsrail və ABŞ-la yaşanan toqquşmalardan sonra əsasən öz daxilinə çəkilib. Yaxın perspektivdə bu ölkənin regional geosiyasi proseslərdə aktiv iştirak etməsi çətin görünür”.

Politoloq qeyd edib ki, regionda Türkiyənin nüfuzu artmaqdadır. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanla normal münasibətləri olan Türkiyə artıq Ermənistanla da əlaqələri yeni mərhələyə çıxarır: “ABŞ-ın, xüsusilə Tramp administrasiyası ilə qurulan yaxşı münasibətlər Türkiyəyə regionda əlavə imkanlar açıb”.

Nəsimi Məmmədli əlavə edib ki, Rusiya Cənubi Qafqazda nüfuzunu itirməklə barışmaq istəmir və imkanları daxilində tərəflərə təzyiqlər göstərməkdə davam edir: “Əsas hədəf Ermənistanda Paşinyan hakimiyyətini sülh prosesindən çəkindirməkdir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni demək olar ki, tam hazırdır. Əngəl yaradan əsas amillər Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun formal şəkildə ləğv edilməsidir. Fikrimcə, bu məsələlərlə bağlı da ortaq razılıq əldə oluna bilər”.

Ekspert hesab edir ki, əgər Azərbaycan və Ermənistan sülh sazişinə tam hazır olsalar, onları Rusiyanın təzyiqlərindən qoruyacaq yeganə qüvvə ABŞ ola bilər:

“Tərəflər əmin olsalar ki, ABŞ bu prosesə qarant duracaq və Rusiyanın müdaxiləsinin qarşısını alacaq, o zaman sazişin imzalanması reallaşa bilər”, – deyə Nəsimi Məmmədli vurğulayıb.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyul 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri