“Futbolun belə çirkin tərəfləri var ki...” Qurban Qurbanov
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyun haqda danışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"İstəməzdik ki, məğlub olaq, ancaq məğlub olduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Futbolun belə çirkin tərəfləri var ki, son dəqiqələrdə hər şey dəyişir. "Turan Tovuz"u təbrik edirəm. Sanki hakimlər bəzi məqamlara bəsit yanaşırlar. Axı, siz 15 yaşlı uşaqlara hakimlik etmirsiz. Camaatın haqqı yeyilir. Ancaq bütün bunlar təbii ki, uduzmağımıza səbəb deyil. Sadəcə, biz belə məqamlara çox rast gəlirik. Bu anlarda da emosiyamızı saxlaya bilmirik. Məsuliyyətsizlikdir. Burada komandanın bir fərqi yoxdur. Hakim səhvləri çoxdur. Futbolda məsuliyyət çox olmalıdır. Hər kəs belə yanaşmalıdır. Hakimlər xüsusilə, belə yanaşmalıdır. Lakin hər bir halda, qalib gələni təbrik etmək lazımdır. Mən sadəcə, futbolçularımın əziyyətinə görə təəssüflənirəm. Ard-arda məğlubiyyət təsir edir. Psixoloji baxımdan futbolçularım çox yaxşı idilər, yaxşı hazırlaşmışdılar. Amma daha çox hazırlıqlı olmalı idik. Düşünürəm ki, bizi də başa düşərlər, üstümüzdə yük çoxdur".
Baş məşqçi eyni zamanda, Avropa Liqasında "Olimpiakos"la oyundan gözləntilərini bölüşüb:
"Yaxşı hazırlaşmalıyıq. Çox ciddi rəqibdir. Ən sürətli və aqressiv komandalardan biridir. Məncə, daha rahat oynayacağıq, stres az olacaq. Bu günə kimi yaxşı oyunlarımız oldu, ancaq yaxşı nəticələrimiz olmadı".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Yanvar 2025 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















