“Oasis“in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Britaniyanın "Oasis" rok qrupunun 100 saatdan çox məşq, konsert və musiqiçilərin söhbətlərinin səsyazmalarını özündə cəmləşdirən audioarxivi hərraca çıxarılıb.
Moderator.az Britaniya mediasına istinadən xəbər verir ki, audioarxivin dəyəri 1,6–2,2 milyon dollar qiymətləndirilir.
Səsyazmaları 1994-cü ildə "Definitely Maybe" debüt albomunun çıxmasından 2001-ci ilə qədər "Oasis"lə işləmiş qrupun səs rejissoru Hyu Riçards edib.
Arxiv 209 rəqəmsal DAT audiokasetdən, 73 analoq audiokasetdən və üç mini-diskdən ibarətdir. Hyu Riçardsın ölümündən sonra onun oğlu Oueyn Riçards səsyazmaları hərraca çıxarmaq qərarına gəlib.
"Littleton Auctions" hərrac evinin rəhbəri Ben Homerin sözlərinə görə, "Oasis" nümayəndələri arxivin məzmunu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bununla belə, o qeyd edib ki, məsələ hüquqi baxımdan araşdırılıb və hərrac oktyabrın 3-də keçiriləcək.
Arxivdə "Oasis"in 1996-cı ildə Şotlandiyada Lox-Lomond gölünün sahilində verdiyi konsertin əvvəllər heç vaxt yayımlanmamış səsyazması da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Sentyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















