Oblak “Atletiko”nun hədəfindən danışıb
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın “Atletiko Madrid” futbol komandasının qapıçısı Yan Oblak La Liqada əsas hədəflərinin çempionluq olduğunu deyib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, sloveniyalı qolkiper “Real Madrid”lə keçiriləcək derbi ərəfəsində açıqlama verib. Oblak qarşılaşmanın xüsusi əhəmiyyət daşıdığını, lakin mövsümün gedişini təkbaşına müəyyən etməyəcəyini vurğulayıb.
“Derbi həmişə derbidir, hamı üçün xüsusi oyundur. Böyük istəklə hazırlaşırıq və əminəm ki, çox maraqlı qarşılaşma olacaq”, - deyə Oblak bildirib.
O, “Atletiko”nun çempionluq ambisiyasını da gizlətməyib:
“Biz sadəcə oynamaq və ilk üç-dörd yerdən birini tutmaq üçün burada deyilik. Qazanmaq istəyirik. La Liqa çox uzun və çətin olacaq. Yaxşı dövrlər də olacaq, işlərin istədiyimiz kimi getmədiyi anlar da. Birlikdə qalmalı, inanmalı və bunun üçün ambisiyalı olmalıyıq”.
Oblak həmçinin son iki oyunda komandanın yaxşı təsir bağışladığını, amma heyətin hələ formalaşma mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, çoxlu yeni futbolçunun komandaya qoşulması səbəbindən “Atletiko”nun tam potensialına çatması üçün vaxt lazımdır.
Qeyd edək ki, “Atletiko Madrid” və “Real Madrid” arasında mövsümün ilk derbisi 20 sentyabrda keçiriləcək.
Baxış sayı:56
Bu xəbər 18 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















