Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar

Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu günümüz gözəl xəbərlə açıldı. PKK özünü ləğv etdi. Nə gözəl! Bəlkə kimlər üçünsə, xəbər o qədər də sevindirici deyil, amma əksəriyyətin buna şad olmağa xeyli əsasları var. Bu yazıda onları da sadalamağa çalışacam.

Az qalıram uzun illərdi təşkilatın lideri olaraq antipatiya bəslədiyim birinə deyəm ki, “səni şad xəbər olasan Abdullah Öcalan”.

Abdullah Öcalan zamanında türklərə yaxalanmağı ilə bizi sevindirdiyi kimi, indi də bir terror təşkilatını buraxmağı ilə şad edir. Sosialist ideyasından çıxış edərək PKK-nı, Kürdüstan Fəhlə Partiyasını qurdu, amma fəhlə dediklərini çevirib terrorçu etdi. Beləliklə, təkcə dünyanın yox, elə kürd xalqının ciddi probleminə çevrildilər. Özləri bu təşkilata kürdcə Partiya Karkerên Kurdistanê deyirlər. Öcalan xalqının lideri, qəhrəmanı ola bildimi? Bir xalqın minlərlə gənc nəslinin nəticəsi olmayan, yanlış bir siyasət uğrunda məhv edilməsinə bais olan birisi sizcə, qəhrəman ola bilərmi? O, sözün əsl mənasında xalqının genefondunu “qamçıladı”. Bəlkə nə vaxtsa, yəni o, 1949-cu ildə Türkiyənin Şanlıurfa kimi gözəl bir diyarında anadan olanda insanlar sevinib, dədəsindən muştuluq belə alıblar. Bu zalım balası isə dünyada özünü uzun illər boyunca Türkiyəyə qarşı silahlı mübarizəyə rəhbərlik edərək tanıtdı. Özünü xalqını aldatdı. 1978-ci ildə PKK-nı quraraq kürdlərin hüquqlarını qoruyacağına söz verdi. Amma anlamadı ki, başqalarının hüquqlarını pozmaq, on minlərlə insanın qanını tökmək haqq mübarizəsi deyil və bunun sonu mütləq uğursuzluqla nəticələnəcək. Bəlkə də, anlayıb. Amma ağababalarından aldığı pullar ona daha şirin gəlib. Hər halda bu qədər uzun müddət, insanları hər hansı yollarla olsa belə arxasınca aparan birinə ağılsız deyə bilmərik. Sadəcə, onun ucbatından çox-çox anaların gözü yaşlı qaldı...

Təsəvvür edin ki, 1984-cü ildən etibarən onlar Türkiyədə silahlı hücumlara başladı və bu proses o qədər uzun çəkdi ki... Terrorların bitməsini istəməyən “PKK”-nın əsas sahibləri, pul kisəsinin ağzını geninə-boluna açmışdılar.

1999-cu ildə Öcalan Keniya paytaxtı Nayrobidə tutuldu və Türkiyəyə gətirilərək məhkəmə qarşısına çıxarıldı. Eyni il ölüm cəzasına məhkum edildi. Lakin....

Türkiyənin Aİ-yə üzvlük prosesi çərçivəsində onun cəzası ömürlük həbslə əvəz olundu. Minlərlə gəncini qara torpaq altına göndərən bir dövlət ona humanistlik göstərdi. Bununla nə qədər böyük olduğunu bir daha dünyaya nümayiş etdirdi. Amma türk və kürd analarının gözlərindən axan yaş hələ də davam edirdi. 

PKK yenidən, hansısa formada diriləcəkmi?

Bir az tələsməyək, zaman bunun cavabını verməyi, yəqin ki, uzatmayacaq. PKK-nın özünü ləğv etdiyini açıqlamasına baxmayaraq, təşkilatın tamamilə yox olması ehtimalı çox az görünür. Bunu da özümüzdən demirik. Ortada tarixi təcrübə var. Məsələn, təşkilat ya adını, ya formasını, strukturlarını dəyişərək yenidən “zühur” edə bilər. Çünki, onlar öz fəaliyyətini hansısa formada bərpa etmə potensialına çoxdan sahibdirlər. Nəzərə alaq ki, onların uğrunda mübarizə apardığı qanlı ideologiyaları tamamilə məhv olmayıb. Bundan başqa, ən təhlükəli görünən odur ki, təşkilati infrastruktur hələ də mövcuddur. PKK-nı sadəcə bir silahlı təşkilat kimi görmək, ağılsızlıq olar. Onlar eyni zamanda siyasi bir hərəkatdır. Onun Suriya (YPG/PYD), İraq (KCK/HPG), Avropa (diaspora) və hətta bəzi kürd siyasi partiyaları ilə əlaqələri var. İndi təsəvvür etmək çətin deyil ki, bu geniş şəbəkə, təşkilatın formal ləğvindən sonra mövcudluğunu büruzə verə bilər. Ona gör də, bizim kimi düşünən, hətta bizdən daha uzaqları belə hesablaya bilən siyasi texnoloqlar təbii ki, real ehtimal gözardı etməyiblər. Bu səbəbdən də PKK-nın gerçəkdən “yoxa çıxacağına” sadəcə ümid etmək olar.

40 mindən çox insanın ahı

PKK-nın 1984-cü ildə başladığı silahlı mübarizə nəticəsində 40 mindən çox insan həyatını itirib. Bunu da özümüzdən demirik. Türkiyə təhlükəsizlik qüvvələri məlumatı təsdiqləyir. Bura həm türk əsgəri, həm də, PKK üzvləri və mülki şəxslər daxildir. Ümid edək ki, artıq bayrağa bükülüb dəfn edəcək əsgərlərin sayı çox azalacaq.

Deməli belə, bütün hallarda bir siyasi eranı bağlayırıq. Ümid edək ki, gələcək bizə PKK-ya şükür oxutmaz. Yeni eranı yazacaq qələmlərimiz güclü olsun, ayaq basdığımız torpaqlarda kimin gəldiyini bəlli edə bilək!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri