Icma.az
close
up
RU
Ödəniş etməklə hərbi xidmətdən azad ola biləcəksiniz KONKRET

Ödəniş etməklə hərbi xidmətdən azad ola biləcəksiniz KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə və bir sıra Avropa ölkələrində vətəndaşlar müəyyən məbləğ ödəməklə hərbi xidmətə getmədən bu öhdəliyi yerinə yetirmiş hesab olunurlar. Ödənişlər isə ordunun təchizatı və digər ehtiyaclarının qarşılanmasına sərf edilir. Bəs bu praktika Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, belə yanaşmalar dünyanın bir çox ölkəsində mövcuddur və zamanla Azərbaycanda da gündəmə gələ bilər:

“Türkiyədə və bir sıra Avropa ölkələrində ödəniş etməklə hərbi xidmət keçməmək mümkündür. Azərbaycan üçün bu hələ tezdir. Bu, bir il, beş il sonra ola bilər. Bir müddət keçdikdən sonra müəyyən şərtlər çərçivəsində hərbi xidmət keçməmək mümkün olacaq”.

Ekspert əlavə edib ki, mütərəqqi qanunvericilik nümunələrinin Azərbaycanda da tətbiqi vacibdir:

“Türkiyədə və Avropa ölkələrində olan mütərəqqi qanunlar Azərbaycanda da tətbiq edilməlidir. Sadəcə, bizdə qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumlar niyə alternativ xidmət haqqında qanunu qəbul etmir? Bu, Azərbaycan vətəndaşının konstitusion haqqıdır. Niyə gözləyirlər ki, kimsə onlara göstəriş versin?”

Üzeyir Cəfərov hesab edir ki, ödənişlə hərbi xidmətdən azadolma modeli gələcəkdə ölkəmizdə də tətbiq olunacaq:

“Düşünürəm ki, Türkiyədə və Avropa ölkələrində mövcud olan bu sistem Azərbaycanda da olacaq. Sadəcə, bunun nə vaxt reallaşacağını proqnozlaşdırmaq mümkün deyil. Buna bir qədər səbr lazımdır”.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri