Icma.az
close
up
RU
Sayğacın quraşdırılmasına görə ödəniş edilməlidirmi? KONKRET

Sayğacın quraşdırılmasına görə ödəniş edilməlidirmi? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar. 

Bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir. 

İlk olaraq 5 sual və 5 cavabı diqqətinizə çatdırırıq.

Xatırladaq ki, bütün suallar və onların cavabları https://isst.gov.az/ rəsmi saytının “Faydalı” bölməsinə yerləşdirilib.

Tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün nə etməliyəm?
– ASAN kommunal, ASAN xidmət mərkəzlərinə, elektron su (e-su.az) və elektron hökumət portallarına (e-gov.az), Kiçik və orta biznes evlərinə (KOB evləri) müraciət edərək “Texniki şərtin verilməsi” (su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma) xidmətindən yararlana bilərsiniz.

İtirilmiş və ya zədələnmiş smart kartın əvəz edilməsi ödənişlidir?
– Sayğacın sərfiyyat yükləmə kartı itirildikdə və ya zədələndikdə onun yenisi ilə dəyişdirilməsi istehlakçının vəsaiti hesabına aparılır. Karta görə ödənilən məbləğ sayğacın markasına görə dəyişir. Elektromed (Alfasu sayğacı) – 15 manat, Metlab (Teksan sayğacı) – 15 manat, Abşeron (Abşeron ÇSS sayğacı) – 7 manat.

Hesabıma onlayn ödəniş etmişəm. Həmin məbləğin smart karta yüklənməsi üçün nə etməliyəm?
– Smart kartı kartoxuyucuya daxil etmədən balansa onlayn ödəniş edildikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Siz bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və smart kartla birlikdə ASAN xidmət, ASAN kommunal mərkəzlərinə və ya yerli sukanal idarələrinə yaxınlaşaraq məbləği hesabınızdan karta yüklətdirə bilərsiniz.

Əvvəlki dövrlərdən qalmış qalıq borcu birdəfəyə tam ödəyə bilmirəm. Borcumu hissə-hissə ödəmək üçün nə etməliyəm? 
– Xidmətlərimizdən istifadəyə görə vaxtında ödənilməyən borcunuzu hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə müvafiq rayon üzrə sukanal idarəsinə yaxınlaşaraq, qarşılıqlı razılaşma əsasında borcunuzun hissə-hissə ödənilməsinə dair protokol bağlamağınız tələb olunur.

Ailə üzvlərimin sayında dəyişiklik olmasına baxmayaraq, hesablama əvvəlki kimi aparılır. Hesabatda dəyişiklik olunması üçün nə etməliyəm?
– Ünvan üzrə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü ərzində ərazi üzrə sukanal idarəsinə təqdim etməlidir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə (ölkə üzrə orta ailə tərkibi 4-5 nəfər təşkil edir) uyğun olaraq aparılır. Ailə tərkibində dəyişikliyin aparılmasını onlayn qaydada etmək üçün isə siz www.e-su.az saytında və ya mobil tətbiqində “e-xidmətlər” bölməsindən, www.isst.gov.az saytında “Elektron xidmətlər” bölməsindən və ya www.e-gov.az portalından ADSEA-nın təqdim etdiyi elektron xidmətlərin siyahısında “Abonent məlumatlarının dəyişdirilməsi” xidmətindən istifadə edə bilərsiniz.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:398
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Fevral 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri