Icma.az
close
up
RU
Ödənişləri gecikdirəndə biznes sektorunda aləm biri brinə dəyir, şirkətlər bankrot olur

Ödənişləri gecikdirəndə biznes sektorunda aləm biri brinə dəyir, şirkətlər bankrot olur

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Maliyyə Nazirliyi büdcə vəsaitlərini sistem banklarına 3-5 faizlə yerləşdirib gəlir əldə edir. Bəzən 500 miyon, bəzən də 1 milyard manat qısamüddətli dövrdə bankların xəzinəsinə daxil olur.

Banklar isə bu vəsaitləri 15-20 faizlə vətəndaşlara biznes, istehlak kreditləri verib yaxşıca qazanır.

Məlumdur ki, ölkədə müxtəlif dövlət layihələrindən tender udmuş şirkətlər, podratçı, subpodratçı kimi çalışan yüzlərlə MMC vəsaitləri uzun gecikdirmələrlə alır.

Çünki Maliyyə Nazirliyi pulları hesablara ləng ödəyir nəticədə arzuolunmaz durum yaranır:

Şirkətlər bir-birlərinin qarşısında öhdəliklərini vaxtında icra edə bilmirlər, bu da işgüzar münasibətlərin pozulmasına gətirib çıxarır;

Çalışan işçilərin əməkhaqları gecikir, nəticədə onların sosial durumu pisləşir, bank kreditlərinin ödənişi gecikir, nəticədə kredit tarixçələri korlanır;

Şirkətlər də kreditlərini vaxtında ödəyə bilmirlər, onların da etibarı zədlənir və bank sistemi ilə əlaqələri kəsilir.

Hər iki halda bankların problemli kreditlərinin həcmi artır.

Məlumdur ki, Azərbaycanda əsas investor dövlətdir, özəl sektorda bu həcmdə sifariş, tələb yoxdur.

Maliyyə Nazirliyi də ödənişləri gecikdirəndə biznes sektorunda aləm biri-brinə dəyir, şirkətlər bankrot olur, iş adamları biri-birlərinə, işçiləri də onlara düşmən kəsilir.

Maliyyə Nazirliyi burada yazılan və yazılmayanları nəzərə alıb büdcə pullarını vaxtında köçürüb iş dünyasında münasibətləri qaydaya salmalıdır, daha banklara pul qoyub faiz qazancı haqda düşünməməlidir.

Elçin

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri