Icma.az
close
up
RU
Ödənişlərin artması və sığortalanmış sahələrin genişlənməsi göstərir ki, fermerlərin inamı xeyli yüksəlib

Ödənişlərin artması və sığortalanmış sahələrin genişlənməsi göstərir ki, fermerlərin inamı xeyli yüksəlib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda təbiətin qəfil və dağıdıcı təsirlərinə qarşı kənd təsərrüfatı sahəsində risklərin idarə olunması istiqamətində mühüm addımlar atılır. Xüsusilə meyvə bağlarının dolu, leysan, şaxta, sel və digər təbii fəlakətlərdən qorunması məqsədilə fermerlərə sığorta imkanları təqdim olunur. Aqrar Sığorta Fondu tərəfindən tətbiq olunan 50%-lik dövlət güzəşti fermerlərin bu mexanizmdən istifadəsini daha əlçatan edib. Son məlumatlara əsasən, fermerlər arasında ən çox maraq taxılçılıq və meyvə bağlarına sığorta üzrə müşahidə olunur, şəkər çuğunduru və kartof sahələri isə daha az diqqət çəkir.Bəs, aqrar sığortanın təsərrüfatçılar üçün real faydası nə qədərdir və fermerlər bu imkanlardan nə dərəcədə istifadə edirlər?Fermerlər arasında sığorta mexanizminə inamsızlıq varmı?Ən az maraq göstərilən sahələr (məsələn, kartof və şəkər çuğunduru) üzrə sığortanın təşviqi üçün hansı tədbirlər planlaşdırılır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, fermerlər arasında tam inamsızlıqdan danışmaq olmaz: “Azərbaycanda aqrar sığorta son illər nəzərəçarpacaq dərəcədə genişlənib və fermerlər üçün real fayda təmin edir. Dövlətin 50% sığorta haqqı güzəşti sistemi daha əlçatan edir və xüsusilə taxılçılıq və meyvə bağları üzrə sığorta marağı sürətlə artır. Bu sahələrdə risklər (şaxta, dolu, leysan, xəstəliklər və s.) daha yüksək olduğundan fermerlər sığortanı bir növ təhlükəsizlik mexanizmi kimi qəbul edirlər.

Sığortanın real faydası əsasən iki istiqamətdə özünü göstərir: risk zamanı zərərin kompensasiya olunması və fermerin maliyyə sabitliyinin qorunması. Son illərin rəqəmləri göstərir ki, sığorta hadisələri zamanı fermerlərə ödənişlərin həcmi artıb və bu da mexanizmə olan ümumi inamı yüksəldir.

Fermerlər arasında tam inamsızlıqdan danışmaq olmaz. Problem daha çox maarifləndirmə çatışmazlığı ilə bağlıdır. Bəzi fermerlər sığortanın necə işlədiyini, hansı riskləri əhatə etdiyini və ya zərər zamanı ödənişlərin necə hesablandığını tam anlamaya bilirlər. Bununla belə, ödənişlərin artması və sığortalanmış sahələrin genişlənməsi göstərir ki, inam əvvəlki illərlə müqayisədə xeyli yüksəlib”.

Akif Nəsirli

Akif Nəsirlinin sözlərinə görə sığorta mexanizmləri barədə məlumat az olduğundan fermerlər sığorta etməyə tələsmirlər: “Kartof və şəkər çuğunduru kimi sahələrdə marağın az olmasının bir neçə səbəbi var. Bu bitkilərin mənfəəti mövsümdən asılı olaraq dəyişə, sığorta haqqı isə fermer üçün əlavə xərclər yarada bilər. Həmçinin bu sahələr üzrə sığorta mexanizmləri barədə məlumat az olduğundan fermerlər sığorta etməyə tələsmirlər. Bu istiqamətdə artıq bir sıra tədbirlər görülür. Aqrar Sığorta Fondu bəzi bitkilər üzrə sığorta şərtlərini yeniləyir, risk zərflərini genişləndirir və daha uyğun tariflər tətbiq edir. Eyni zamanda bölgələrdə maarifləndirmə tədbirləri keçirilir, sığortanın faydası real nümunələrlə izah edilir. Rəqəmsallaşdırılmış sistemlər də təsərrüfatların qeydiyyatını və sığorta prosesini sadələşdirir ki, bu da iştirak səviyyəsini artırır.

Qeyd edim ki, aqrar sığorta fermerlər üçün real faydalı bir mexanizmdir və istifadəsi hər il artır. Daha az maraq göstərilən sahələrdə də sistemin cəlbediciliyini artırmaq üçün addımlar atılır və gələcəkdə bu sahələrdə də iştirakın yüksələcəyi gözlənilir”,-deyə Akif Nəsirli bildirib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri