Icma.az
close
up
RU
Ödənişli xidmət göstərən AP qətnamələri də, əldə edilən maddi mənfəət rolunu oynayır Mövqe

Ödənişli xidmət göstərən AP qətnamələri də, əldə edilən maddi mənfəət rolunu oynayır Mövqe

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Avropa Parlamenti Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyir. 44 günlük Vətən müharibəsindən sonra bu təşkilat tərəfindən ölkəmizə qarşı qəbul edən qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Avropa Parlamenti dövlətimizin öz ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir. Dekabrın 18-də təşkilatın ölkəmizin əleyhinə qəbul etdiyi növbəti qətnamə də bunun göstəricisidir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki,  bu gün Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssf doğurur. Avropa təsisatlarının yarandıqları zaman xüsusilə beynəlxalq hüquq, insan haqları və demokratiya kimi prinsiplərin əsas götürüldüyünü xatırladan millət vəkilinin sözlərinə görə, artıq həmin təşkilatların fəaliyyətində bu prinsiplərə riyaət olunmur: “Bu təşkilatlar hazırda beynəlxalq güclərin və lobbilərin diqtəsi ilə işləyir. Yəni, fundamental dəyərlər onlar üçün arxa plana keçirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də bunun sübutudur. Avropa Parlamenti kimi islamafob və türkəfob dairələrin əlində alət olan qurumların qəbul etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Bu təşkilat hər zaman insan hüquqları və demokratiya pərdəsi altında Azərbaycanı hədəfə  alıb. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən, 1 milyona qədər azərbaycanlı qaçqın-köçkünün hüquqlarını müdafiə edən sənədlər qəbul etməyib. Amma indi bu qurum Ermənistanla əməkdaşlığa böyük önəm verir, hazırda həbsdə olan erməniəsilli müharibə canilərini müdafiə edir”.

Deputatın sözlərinə görə, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin “qanuni” təmsilçisinə çevrilib. “Bu gün ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir. “Əslində, Avropa Parlamentinin son qətnaməsi Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından, ərazi bütövlüyünü bərpa etməsindən doğan “qəzəbin” təzahüründən başqa bir şey deyil. Görünür, son zamanlar Ermənistanla Azərbaycan arasında vasitəçilərin iştirakı olmadan keçirilən danışıqlar, yüksəksəviyyəli təmaslar, 8 avqust Vaşinqton razılaşması Avropa Parlamentini məyus edir. Təşkilat indiki mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır”, - o qeyd edib.

Deputat əlavə edib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar Azərbaycan Parlamenti bəyanat qəbul edib: “Bəyanatda vurğulandığı kimi, yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir. Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsi bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut edir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır. Bu dairələr anlamalıdırlar ki, belə “sənədlərlə” Azərbaycana heç bir təsir göstərə bilməzlər. Çünki Azərbaycan güclü dövlətdir!”

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri