Icma.az
close
up
RU
“Ödənişli yolda təhlükəsizliyin artırılması üçün audit həyata keçirilməlidir” ƏRŞAD HÜSEYNOV VİDEO

“Ödənişli yolda təhlükəsizliyin artırılması üçün audit həyata keçirilməlidir” ƏRŞAD HÜSEYNOV VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ödənişli avtomobil yolunda yeni ağıllı radar sistemi quraşdırılıb. Sistemin tətbiqində əsas məqsəd yol hərəkəti təhlükəsizliyinin artırılmasıdır. Yeni texnologiya sürət ölçmə, nəqliyyat axınını analizi və digər qayda pozuntularını qeydə alır.

 Bu, ödənişli yola nəzarətin daha sistemli və şəffaf şəkildə təşkil edilməsinə şərait yaradır. Quraşdırılan sistemin ödənişli yolda ümumi idarəetmə keyfiyyətinin yüksəldilməsi və hərəkətin daha nizamlı şəkildə olmasını təşkil edir. Bildirilir ki, yeni ağıllı radarlar sürücünün bir məntəqədən digərinə nə qədər müddətdə çatdığını biləcək və bununla da nəqliyyat vasitəsinin sürət həddini aşıb-aşmadığı müəyyənləşəcək.

Bəs görəsən, yeni radarlar ödənişli yollarda tətbiq edilən nəzarət mexanizmləri sürət məhdudiyyətinə yenidən baxılması məsələsini gündəmə gətirirmi? Bu texniki yeniliklər sürət limitlərinin müasir standartlara uyğunlaşdırılmasına ehtiyac yaradırmı?

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, 110 kilometr-saat sürət həddi avtomagistrallar üçün nəzərdə tutulub və “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində təsbit olunub. Qanun 1998-ci ildə qəbul edildiyi üçün o vaxt belə texniki imkanlara malik yollar yox idi. Buna görə də bu tələb müasir dövrə tam uyğun sayılmaya bilər:

“Hazırda yollarımızda bu tipli avtomagistrallar kimi işarə oluna bilən təhlükəsizlik tələbləri daha yüksək olan yollar da var. Daha yüksək sürətdə təhlükəsiz hərəkət edə bilən nəqliyyat vasitələri də var. Ona görə də, həmin məsələyə qanunvericilik qaydasında yenidən baxmağa ehtiyac var. Amma hələlik qanunda belədir. Yaxşı olar ki, “Yol ərəkəti haqqında” Qanunun 50-ci maddəsində sürət rejimi ilə bağlı tələblərə Milli Məclis tərəfindən yenidən baxsın. Bundan sonra sürət limiti, təhlükəsizlik ön planda saxlanmaq şərti ilə, bir qədər daha yüksək bir həddə qaldırıla bilər. Ödənişli yol və yaxud da başqa bir yoldur, orada daha yüksək sürətlə hərəkət eləmək üçün daha yaxşı imkanlar da yaradılmalıdır. 

Ekspert iki istiqamətdə işlərin görülməli olduğununun vacibliyini bildirib:

“Əvvəla, yolun sırf sürət baxımından təhlükəsizlik səviyyəsi daha da artırılmalıdır. Orada bir yaxşı audit həyata keçirilməlidir. Harda sürətlə bağlı problem ola biləcək sahələr varsa, oralar düzəldilməlidir. Yaxud da, məsələn, dünya təcrübəsində belə hallarda var. Yolda, deyək ki, avtomagistralda 120-130 kilometr-saat sürət həddi müəyyən olunub. O demək deyil ki, sona qədər həmin sürətlə gedilməlidir. Yolun müəyyən nöqtələrində lokal sahələrdə daha aşağı sürət tətbiq oluna bilər. Qanunvericilikdə həmin sürətin yuxarı hədd məsələsinə yenidən baxılmalıdır”.

Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri