Icma.az
close
up
RU
Ödənişli yolda yenilik: nağd ödəniş və balansı artırmaq...

Ödənişli yolda yenilik: nağd ödəniş və balansı artırmaq...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə daha bir yenilik tətbiq olunacaq. Yeni layihənin icrası sürücülərə yoldan istifadə zamanı nağd ödəniş etmək imkanı yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov deyib.

O bildirib ki, hazırda avtomobil yolundan sürətli keçid kartları vasitəsilə (TEQ) və məntəqədə nağdsız ödəniş etməklə istifadə etmək mümkündür.

“Ödənişli avtomobil yolunda istifadəçilər üçün yaxın gələcəkdə daha bir yeniliyin tətbiqi nəzərdə tutulub. Bildiyiniz kimi, əvvəllər yoldan yalnız nağdsız ödəniş etməklə istifadə etmək mümkün idi. 2024-cü ilin sonlarından başlayaraq sürətli keçid kartı da tətbiq olundu. TEQ əldə edən sürücülərin əlavə vaxt itirmədən yola xüsusi zolaqlardan giriş imkanı var. Tətbiq olunacaq yeni layihə istifadəçilərin ödəniş imkanlarını artıracaq. Layihəyə əsasən, keçid zolaqlarında yeni terminallar quraşdırılacaq. Vətəndaş yola giriş zamanı avtomobildən düşmədən zolaqda quraşdırılmış terminala yaxınlaşaraq xüsusi kart əldə edəcək. Çıxış nöqtəsində isə həmin kartı yenidən terminala daxil etdikdə ödənişin məbləği görünəcək. Bundan sonra istifadəçiyə həm nağd, həm də nağdsız ödəniş etmək üçün seçim imkanı veriləcək. Nağd ödənişi seçən sürücü vəsaiti birbaşa terminala daxil etməklə yoldan istifadə haqqını ödəyə biləcək. Yeni layihə ilə bağlı AAYDA-nın rəhbərliyi ödənişli yolun başlanğıc nöqtəsi - Yaşma keçid məntəqəsində olub, layihənin qısa müddətdə icra edilərək fəaliyyətə başlaması ilə bağlı tapşırıq verilib”, - Mirqiyas Kazımov söyləyib.

Ödənişli yoldan sürətli keçid kartları (TEQ) vasitəsilə istifadə edənlər üçün də yenilik var. Bundan sonra kartların balansını “BirBank” mobil bank tətbiqi vasitəsilə də artırmaq olacaq.

“Sürətli keçid kartının balansını satış məntəqəsində və ya onlayn şəkildə www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olmaqla artırmaq olar. Yaxın gələcəkdə isə “BirBank” bank tətbiqi vasitəsilə də TEQ balansını artırmaq olacaq. Vətəndaş tətbiqdə müvafiq ödəniş bölməsini seçərək, şəxsiyyət vəsiqəsinin FİN kodunu və avtomobilinin nömrəsini əlavə etməklə TEQ balansına vəsait köçürə biləcək”, - Mirqiyas Kazımov bildirib.

Sürətli keçid kartını almaq üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Kartın qiyməti 5,90 (ƏDV daxil) manatdır. Sürücülər kartları Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələrindən əldə edə bilərlər. Bundan başqa, Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı, Sumqayıt şəhəri 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən də sürətli keçid kartlarını almaq mümkündür. Kartları əldə etmək üçün cəmi bir neçə dəqiqə vaxt sərf olunur.

Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə, yaxud da aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Bundan başqa istifadəçilər onları maraqlandıran məsələlərlə bağlı *1009 nömrəli “Qaynar xətt”ə zəng etməklə, və ya “Whatsapp”da (+994) 50 286-42-29 nömrəsinə yazılı, səsli mesaj göndərərək müraciət edə bilərlər. Həmçinin www.odenisliyol.az rəsmi internet səhifəsi üzərindən və ya [email protected] email ünvanına elektron məktubla müraciət etmək də mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Avqust 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri