Icma.az
close
up
RU
Ödənişli yolda yenilik: Balansı mobil tətbiq vasitəsilə artırmaq mümkün olacaq

Ödənişli yolda yenilik: Balansı mobil tətbiq vasitəsilə artırmaq mümkün olacaq

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə daha bir yenilik tətbiq olunacaq.

Yeni layihənin icrası sürücülərə yoldan istifadə zamanı nağd ödəniş etmək imkanı yaradacaq.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov AZƏRTAC-a bildirib ki, hazırda avtomobil yolundan sürətli keçid kartları vasitəsilə (TEQ) və məntəqədə nağdsız ödəniş etməklə istifadə etmək mümkündür.

"Ödənişli avtomobil yolunda istifadəçilər üçün yaxın gələcəkdə daha bir yeniliyin tətbiqi nəzərdə tutulub. Bildiyiniz kimi, əvvəllər yoldan yalnız nağdsız ödəniş etməklə istifadə etmək mümkün idi. 2024-cü ilin sonlarından başlayaraq sürətli keçid kartı da tətbiq olundu. TEQ əldə edən sürücülərin əlavə vaxt itirmədən yola xüsusi zolaqlardan giriş imkanı var. Tətbiq olunacaq yeni layihə istifadəçilərin ödəniş imkanlarını artıracaq. Layihəyə əsasən, keçid zolaqlarında yeni terminallar quraşdırılacaq. Vətəndaş yola giriş zamanı avtomobildən düşmədən zolaqda quraşdırılmış terminala yaxınlaşaraq xüsusi kart əldə edəcək. Çıxış nöqtəsində isə həmin kartı yenidən terminala daxil etdikdə ödənişin məbləği görünəcək. Bundan sonra istifadəçiyə həm nağd, həm də nağdsız ödəniş etmək üçün seçim imkanı veriləcək. Nağd ödənişi seçən sürücü vəsaiti birbaşa terminala daxil etməklə yoldan istifadə haqqını ödəyə biləcək. Yeni layihə ilə bağlı AAYDA-nın rəhbərliyi ödənişli yolun başlanğıc nöqtəsi - Yaşma keçid məntəqəsində olub, layihənin qısa müddətdə icra edilərək fəaliyyətə başlaması ilə bağlı tapşırıq verilib", - deyə Mirqiyas Kazımov söyləyib.

Ödənişli yoldan sürətli keçid kartları (TEQ) vasitəsilə istifadə edənlər üçün də yenilik var. Bundan sonra kartların balansını "BirBank" mobil bank tətbiqi vasitəsilə də artırmaq olacaq.

"Sürətli keçid kartının balansını satış məntəqəsində və ya onlayn şəkildə www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olmaqla artırmaq olar. Yaxın gələcəkdə isə "BirBank" bank tətbiqi vasitəsilə də TEQ balansını artırmaq olacaq. Vətəndaş tətbiqdə müvafiq ödəniş bölməsini seçərək, şəxsiyyət vəsiqəsinin FİN kodunu və avtomobilinin nömrəsini əlavə etməklə TEQ balansına vəsait köçürə biləcək", - deyə Mirqiyas Kazımov bildirib.

Sürətli keçid kartını almaq üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Kartın qiyməti 5.90 (ƏDV daxil) manatdır. Sürücülər kartları Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələrindən əldə edə bilərlər. Bundan başqa, Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı, Sumqayıt şəhəri 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən də sürətli keçid kartlarını almaq mümkündür. Kartları əldə etmək üçün cəmi bir neçə dəqiqə vaxt sərf olunur.

Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə, yaxud da aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Bundan başqa, istifadəçilər onları maraqlandıran məsələlərlə bağlı *1009 nömrəli "Qaynar xətt"ə zəng etməklə və ya "WhatsApp"da (+994) 50 286-42-29 nömrəsinə yazılı, səsli mesaj göndərərək müraciət edə bilərlər. Həmçinin www.odenisliyol.az rəsmi internet səhifəsi üzərindən və ya [email protected] imeyl ünvanına elektron məktubla müraciət etmək də mümkündür.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see260

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see171

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see149

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see146

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see121

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see121

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see119

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see119

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see117

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see116

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see116

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see116

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see115

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see113

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri