Odessa limanları vuruldu, Krivoy Roqda infrastruktur çökdü Portlar alov içindədir, dinc sakinlər həyatını itirib...
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələri yanvarın 7-də Ukraynanın bir neçə vilayətinə kütləvi raket və dron zərbələri endirib.
“AzPolitika” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, əsas zərbələr ölkənin strateji liman infrastrukturuna və mülki obyektlərinə yönəlib.
Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, Rusiyanın iki limana endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, daha 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ukraynanın İcmaların və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba hücumun ağır nəticələrini əks etdirən fotolar paylaşaraq qeyd edib:"Hücum nəticəsində liman obyektləri, inzibati binalar və yağla dolu konteynerlər ciddi zədələnib".
Ukrayna Dəniz Limanları Administrasiyasından verilən məlumata görə, "Çernomorsk" limanında bitki yağı dolu konteynerlər alovlanıb, "Pivdennıy" limanında isə inzibati binalar və infrastruktur sıradan çıxıb.
Kütləvi hücumlardan biri də Krivoy Roq şəhərinə istiqamətlənib. Şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun verdiyi məlumata görə, 8 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Zərbələr nəticəsində şəhərdə su və istilik təchizatında ciddi problemlər yaranıb.
Dnepropetrovsk Vilayət Administrasiyası rəhbərinin vəzifəsini icra edən Vladislav Qayvanenko isə Krivoy Roqda iki özəl müəssisənin və rayonun mühüm infrastrukturunun zərər gördüyünü bildirib.
Dnepropetrovsk vilayətində Rusiya dronunun hücumu nəticəsində bir qadın həyatını itirib. Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, xilasetmə işləri aparılan zaman Rusiyanın həyata keçirdiyi təkrar dron hücumu nəticəsində bir xilasedici də yaralanıb.
Müşahidəçilər Rusiyanın xüsusilə limanları və enerji strukturunu hədəf almasını Ukraynanın ixrac potensialını və mülki əhalinin dözümlülüyünü qırmaq cəhdi kimi qiymətləndirirlər.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Yanvar 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















