Icma.az
close
up
RU
Odessada SOCAR ın obyekti İran dronları ilə vurulub FOTOLAR

Odessada SOCAR ın obyekti İran dronları ilə vurulub FOTOLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.

Onun sözlərinə görə, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.

Hücum zamanı 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Modern.az-ın məlumatına görə, SOCAR-ın obyektinə hücum İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatları (PUA) ilə vurulub.

“Şahed” seriyasına aid dronlar əsasən “Şahed-131” və “Şahed-136” modelləridir, onlar kamikadze prinsipi ilə işləyir. Yəni bu aparatlar hədəfə çırpılaraq partlayır və məhv etmə gücü yüksək olan döyüş başlığı ilə təchiz olunur. Onların uçuş məsafəsi 2 min kilometrə qədərdir, sürəti isə saatda təxminən 180-200 kilometr təşkil edir. Aşağı hündürlükdə uçmaları səbəbindən hava hücumundan müdafiə sistemləri üçün onları aşkar etmək çətinləşir.

İranın Müdafiə Sənayesi Təşkilatına məxsus müəssisələrdə istehsal olunan bu dronlar həm yerli resurslar, həm də xaricdən qeyri-leqal yollarla əldə edilən komponentlər hesabına yığılır.

Ukrayna kəşfiyyatının məlumatına görə, “Şahed” dronları Rusiyaya müxtəlif yollarla daşınır. Burada əsasən Xəzər dənizi üzərindən yük gəmiləri və gizli hava reyslərindən istifadə edilir. Bundan başqa, Rusiyada artıq bu tip dronların hissələrinin yığılması üçün zavodların yaradıldığı bildirilir.

Hərbi ekspertlərin fikrincə, bu PUA-ların təhlükəsi onların ucuz və kütləvi istifadəsi ilə bağlıdır. Bir neçə onlarla “Şahed”in eyni vaxtda hücuma göndərilməsi bahalı hava hücumundan müdafiə sistemlərini gücə salır və hədəfin vurulma ehtimalını artırır. Əsasən enerji infrastrukturu, yanacaq anbarları, sənaye müəssisələri onların hədəfinə çevrilir. SOCAR obyektinə edilən hücum da məhz bu risklərin real təzahürüdür.

Qərb dövlətləri dəfələrlə İranı Rusiyaya dron satmaqda ittiham edib və buna görə yeni sanksiyalar tətbiq edib. SOCAR-ın obyektinə hücum isə göstərir ki, “Şahed” PUA-ları artıq yalnız hərbi cəbhələrdə deyil, həm də beynəlxalq enerji təhlükəsizliyi üçün ciddi təhdid mənbəyinə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri