Odisseya nın tərcüməçisindən Nolana sərt tənqid: Ssenari bərbaddır
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
2017-ci ildə Homerin "Odisseya" poemasını tərcümə edən və rejissor Kristofer Nolan tərəfindən poemanın ekranlaşdırılmasının promo-kampaniyasının əvvəlində adı çəkilən tərcüməçi Emili Uilson filmi sərt tənqid edib.
Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Uilson Londonun "Review of Books" ədəbiyyat jurnalı üçün qələmə aldığı essedə yazır ki, Nolanın "Odisseya"sı rejissor üçün adi hal olan əzəmət və səthiliyin vəhdəti ilə fərqlənir.
"Nolanın "Odisseya"sında poemanı möhtəşəm edən bir çox elementlər yoxdur. Orada zaman, yaddaş, tarix, müharibə və ya bir döyüşçünün şanlı qayıdışı ilə onun ailəsinin, rəqiblərinin, yoldaşlarının, dostlarının və qonşularının həyatı arasındakı əlaqə barədə inandırıcı heç nə yoxdur. Filmin psixoloji, emosional, siyasi və etik dərinliyi çatmır. Onun təhkiyə quruluşu dolaşıqdır. Ssenari isə bərbaddır", — deyə o qeyd edir.
Uilson həmçinin əlavə edib ki, filmdə heç bir intim səhnənin olmaması və bütün yeməklərin bərbad görünməsi də onun xoşuna gəlməyib. "Əgər bu ssenarinin hər hansı bir hissəsini mən yazmış olsaydım, bu, mənim üçün bir utanc olardı", — deyə o, fikrini tamamlayıb.
Emili Uilson kimdir?
Emili Uilson 1971-ci ildə anadan olmuş britaniyalı-amerikalı klassik ədəbiyyat mütəxəssisi və tərcüməçisidir. O, Pensilvaniya Universitetinin klassik ədəbiyyat professorudur. Uilson xüsusilə 2017-ci ildə Homerin "Odisseya" poemasını ingilis dilinə tərcümə edən ilk qadın kimi tarixə düşüb. Onun tərcüməsi müasir, aydın dili və orijinalın ritmini qoruması ilə tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 2023-cü ildə o, həmçinin Homerin digər böyük epik əsəri olan "İliada"nı da ingilis dilinə tərcümə edərək nəşr etdirib.
Deniz Göktaş həbs olundu Milli Xalça Muzeyində moda nümayişi - “Zamanın naxışları” Mədəniyyət sahəsində qrant müsabiqələrinin keçirilməsi Qaydası təsdiqləndı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 29 İyul 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















